“Avis ” apteklər şəbəkəsinin sahibi həbs olundu

Müəllif: Redaktor

Editor

aviss5Bakıda geniş aptek şəbəkəsinə malik olan “Avis” Tibbi Marketlər şəbəkəsinin direktoru Elmir Məhərov həbs olunub.

“Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb. (report)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır