!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrasiya Üniversitetlər Birliyinin sədri Bakıda rəsmi səfərdə olacaq

!Reklam – Yazi

37ew0p32fJPbDünyanın ən önəmli təhsil qurumlarından olan Avrasiya Üniversitetlər Birliyinin(EURAS) sədri doktor Mustafa Aydın 1-3 avqust tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. Səfərin məqsədi bölgədəki gücünü günü- gündən artıran qardaş ölkə Azərbaycandakı universitetlərin və ali təhsil qurumlarının 2016-cı ilin fevralında İstanbulda keçiriləcək EURIE – Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsində iştirakı ilə bağlı məsləhətləşmələr aparmaqdır.

Səfər çərçivəsində EURAS sədri Mustafa Aydın ölkəmizin bir sıra rəsmi dövlət qurumlarında görüşlər keçirəcək, millət vəkilləri, universitet rektorları və bir sıra digər rəsmi şəxslərin iştirakı ilə tanıtım toplantısı reallaşdıracaq.

Mustafa Aydının səfər çərçivəsində Azərbaycanın tanınmış media təmsilçiləri ilə da görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, EURIE-Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi beynəlxalq nüfuzlu ali təhsil müəssisələrini Avrasiya bölgəsində strateji bir əməkdaşlıq qurmaq məqsədi ilə ilk dəfə İstanbulda bir araya gətirəcək. Zirvədə quruma üzv universitetlər, alimlər və əlaqədar bütün tərəflərin iştirakı ilə elmi araşdırma, təcrübə mübadiləsini təşviq etmək üçün Avrasiya və dünyanın digər bölgələrində yeni əməkdaşlıq imkanları müzakirə olunacaq.

Qeyd edək ki, 90-a yaxın üzvü ilə bölgənin ən geniş miqyaslı və nüfuzlu təhsil qurumlarından olan Avrasiya Universitetlər Birliyinin(EURAS) qurucusu və sədri doktor Mustafa Aydın Türkiyənin nüfuzlu təhsil adamlarındandır(editor).

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv