!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa bazarına daxil olmaq azərbaycanlı iş adamları üçün vacibdir – Ekspert fikri

!Reklam – Yazi

“Avropa İttifaqı Azərbaycanla tərəfdaşdır. Rəsmi statistikada Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 40 faizindən çoxu Aİ-nin payına düşür”.

Bu sözləri Yeniçağ.az-a “Avropa İttifaqı-Azərbaycan biznes forumu”nun keçirilməsi ilə bağlı danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, biznes forumun keçirilməsi daha çox Aİ-yə daxil olmaq imkanları qazanmaq və Azərbaycan məhsullarının ixracına görə çox yaxşıdır. Aİ invenstisiyası üçün Azərbaycanla əməkdaşlığın gücləndirilməsi çox vacib şərtlərdən biridir. Mütəmadi keçirilən forumlarda hər iki tərəfin biznes adamları iştirak edəcək. Həm də bu layihənin müzakirə edilməsi və invenstisiyanın cəlb edilməsi tərəflərin daha çox işlərə nail ola bilməsidir. Bundan başqa, Aİ 500 milyondan çox istehlakçısı olan böyük bazardır. Ai-nin bazarına daxil olmaq Azərbaycan iş adamları üçün vacib sayılır. Bu forum məhsullar üçün yeni keyfiyyət standartı deməkdir. Keçiriləcək forumda standartların təkmilləşməsi və iqtisadi birliyin gücləndirilməsi çox vacibdir”.

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə bildirdi ki, Azərbaycan Avropa ilə sıx əlaqədə işləyən bir dövlətdir:

“Çünki bizim əsas ixracımız Türkiyə, Gürcüstan vasitəsilə Avropa ölkələrinə gedir. Neft və qazımızı ixrac edirik. Əsas da partnyorumuz İtaliya və digər dövlətlərdir. Avropa Azərbaycan üçün önəm daşıyan bir dövlətdir. Azərbaycan Avropaya inteqrasiya məsələsini həmişə önə çıxarır. Hətta dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bu barədə öz çıxışlarında da qeyd edib. İqtisadi əlaqələrimiz yüksək səviyyədədir, çünki ixracımız əsasən ora gedir. Son vaxtlar biz Avropayla qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bir sıra məhsulun ixracına da maraqlı olmuşuq. Burada elə də ciddi bir problem yoxdur. Arada bəzi qüvvələr bu əlaqələri müəyyən qədər soyutmağa, mane olmağa çalışdılar. Amma bu, bizim Strateji xəttimizdir və heç bir problem də ola bilməz”.

Qeyd edək ki, “ Avropa İttifaqı-Azərbaycan biznes forumu”nun iyunun 8-də Bakıda keçiriləcəyi məlum olub. Bu, sayca 3-cü Aİ-Azərbaycan biznes forumudur. Sonuncu biznes forumu ötən ilin mayında baş tutub.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv