yenicag.az

Avropa Birliyi SSRİ-nin taleyini yaşayır - “Maastrixt sazişi” ilə birləşən Avropa “Brexit”lə dağılır

Avropa Birliyi SSRİ-nin taleyini yaşayır – “Maastrixt sazişi” ilə birləşən Avropa “Brexit”lə dağılır

Müəllif: Redaktor

Editor

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərarı uzun illər bu birliyə olan etibarı alt-üst etdi. “Brexit”-dən sonra Aİ-dən çıxmaq ideyası digər Avropa ölkələri olan İtaliyada, İspaniyada, o cümlədən Avstriyada müzakirə edilir. Hətta Fransadakı beynəlxalq sağ cəbhənin lideri Le Pen verdiyi açıqlamada Avropa İttifaqının (Aİ) artıq “öldüyünü” deyib. Le Penin sözlərinə görə, Aİ ölüb, ancaq özü bunu hələ bilmir:

“Bütün sahələrdə bu qurum uğursuzluğa düçar oldu. İqtisadi inkişaf olduqca yavaş gedir. Sosial sahə ilə bağlı deyə bilərik ki, işsizlik və yoxsulluq çox yuxarı həddədir. Təhlükəsizlik məsələsinə gəlincə, Avropa İttifaqı öz sərhədlərini qoruya bilmir, hətta terrorizmlə mübarizə aparmaq iqtidarında deyil. Biz sərhəd, maliyyə, iqtisadiyyat və ədliyyə ilə bağlı məsələlərdə müstəqilliklərimizi Aİ-dən geri istəyəcəyik. Aİ “hə” deyərsə, o zaman millətlərdən formalaşan vahid Avropanı qurarıq. Əgər “yox” deyərsə, mən o zaman fransızlara Aİ-dən çıxmaq məcburiyyətində qaldığımızı deyərəm və buna nail olaram”.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bildirib ki, Avropa İttifaqı üzv dövlətlərə etdiyi diqtəni yaddan çıxarmalıdır:

Araz Əlizadə ile ilgili görsel sonucu“Eyni zamanda bu birlik vaxtı ilə mövcud olan Avropa İqtisadi Birliyi modelinə qayıtmalıdır. Yox əgər bunlar olmasa, Avropa İttifaqı SSRİ kimi dağılıb, tarixə qovuşacaq. Bu ittifaq dağılacağı halda hər bir Avropa ölkəsi özü üçün inkişaf edəcək, ikitərəfli münasibətlər yaranacaq və s. Azərbaycan bu gün nə Avropa İttifaqına, nə də Avrasiya İttifaqına üzv deyil və öz yolu ilə gedir. Avropa İttifaqının ən böyük səhvi onda oldu ki, siyasi məsələlərdə mərkəzləşməyə başladılar. Faktiki olaraq, Avropa İttifaqına daxil olan ölkələr öz suveren hüquqlarını itirdilər. Nəticədə, hər şeyi Almaniya həll edirdi, lakin həm Fransanın, həm də Böyük Britaniyanın söz haqqı var idi. Əsas həlledici qərara isə Almaniya sahib idi. SSRİ-də də söz sahibi Rusiya idi və buna görə də get-gedə birlik dağıldı. Heç bir ölkə dünyada hegemon olmamalıdır. Cənab prezidentimizin gözəl xarici siyasəti var. Belə ki, dövlət başçısının dediyi kimi özümüzə “böyük qardaş” axtarmırıq, bizə bərabərhüquqlu, yaxşı dostlar lazımdır”.

Politoloq Fikrət Sadıxov deyib ki, Avropa İttifaqı yarananda niyyətləri çox sağlam düşüncəli və prespektivli idi. Onun sözlərinə görə, əvvəlcə iqtisadi birlik yaratmaq istədilər, sonra bu birlik siyasi xarakter daşımağa başladı:

Fikrət Sadıqov ile ilgili görsel sonucu“Avropa ölkələri arasında “Maastrixt sazişi” imzalandı və bura 28 ölkə daxil oldu. Vaxt keçdikcə bu birlikdə zəif nöqtələr özünü göstərməyə başladı. Çünki bu ölkələr Avropa məkanında yerləşmələrinə baxmayaraq, müxtəlif dövlətlərdir. Bu dövlətlərin öz siyasi maraqları və xüsusiyyətləri var. Bu, özü-özlüyündə təbii ki, Avropa İttifaqının siyasətinə bir təsir göstərirdi. Son zamanlarda da bu siyasəti qəbul etməyən sağçılar və digər siyasi qüvvələr meydana gəlib. Misal üçün, Böyük Britaniyanın Avropa İttifaqından çıxması konkret bir faktdır. Bundan əlavə, nəinki Fransa, elə İspaniyanın, Avstriyanın özündə də birlikdən çıxmaqla bağlı fikirlər var. Artıq Avstriyada sağçılar və radikal millətçilər bəyan ediblər ki, hakimiyyətə gəldikləri halda Avropa İttifaqından çıxmaqla bağlı qərar verəcəklər. Təcrübə göstərir və tarix sübut edir ki, Avropa İttifaqı vahid birliyə çevrilə bilmədi. Bu qurum simvolik ittifaq olaraq fəaliyyət göstərdi. Son vaxtlar geosiyasi qarşıdurma, xüsusən də Rusiya ilə bağlı məsələlər öz mənfi təsirini göstərməyə başlayıb. Deyə bilmərəm yaxın vaxtlarda Avropa İttifaqı tam dağılacaq, ancaq bu proses ardıcıl şəkildə baş verir. Dağılma prosesini biz Böyük Britaniyanın Aİ-dən çıxması fonunda görürük. Və bu da onu deməyə əsas verir ki, digər ölkələr də bu addımı atacaqlar. Ona görə də düşünürəm ki, Avropa İttifaqının bu formatda prespektivi yoxdur”.

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov isə bildirir ki, Avropa İttifaqı SSRİ dağılandan sonra sərhədlərini daha da genişləndirib:

Etimad İsmayılov ile ilgili görsel sonucu“Bu birliyə daxil olan ölkələr ümumi iqtisadi məkanın yaranması ilə mənfəət qazandılar. Eyni zamanda iqtisadi böhran zamanı ittifaqa daxil olan ölkələrdən İspaniya və Yunanıstan məhz Avropa İttifaqının maliyyə dəstəyi nəticəsində iqtisadi böhrandan çıxdılar. Təbii ki, bu ittifaqın yaranması qloballaşmanın tərkib hissəsi idi. Qloballaşmanın da arxasında ciddi maliyyə korporasiyaları dayanırdı. Görünən odur ki, bu maliyyə nəhənglərinin indi başqa niyyətləri olduğu üçün mövcud birlikləri dağıtmağa başlayıblar. İttifaqın dağılması səbəbini məhz bunda görürəm. Məncə bu məsələdə millətçilikdən söhbət belə gedə bilməz. Düşünürəm ki, anqlo-saksonlarla yəhudilər hazırda qloballaşma siyasətini arxa plana keçiriblər və millətçiləri önə çəkiblər.  Faktiki olaraq, Almaniya, Fransa və keçmiş üzv olan Böyük Britaniyadan başqa, digər Avropa İttifaqına üzv olan dövlətlərin ciddi iqtisadi problemləri var. Avropa İttifaqı onsuz da özünün müstəqil mövqeyi olmayan və uzun illər Amerikanın siyasətini yürüdən bir qurumdur”.

 

Bəxtiyar
Yeniçağ.az

Xəbərlər, Siyasət, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti