Avropa Ermənistanda insan hüquqlarının pozulması hallarını tənqid etdi

Avropa Ermənistanda insan hüquqlarının pozulması hallarını tənqid etdi

Müəllif: Redaktor

Baş Redaktor

246753Avropada geniş oxucu kütləsinə malik olan “euroreporter” jurnalının saytında (http://www.eureporter.co/world/2015/09/29/concerns-voiced-over-deteriorating-human-rights-situation-in-armenia/) Ermənistanda insan hüquqlarının pozulması hallarının tənqid edildiyi məqalə dərc olunub. Yazıda 23-24 sentyabr 2015-ci il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasında Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Villi Fautre tərəfindən açıqlanan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabata da yer ayrılıb.

Hesabatda qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması ölkədə insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir.

Ermənistan QHT-lərin qeyd etdiyinə görə vəziyyətin bu həddə çatmasının səbəbi ölkənin 2015-ci ilin əvvəlində Rusiyanın tərkibində olan Avrasiya İttifaqına qoşulmasıdır.

Avropa İttifaqı Ermənistan hakimiyyətini baş verən bu hadisələrə səssiz qalmamağa, problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb.

Təhlükəli faktlar Ermənistanın İnsan Hüquqları üzrə Ombudsmanı, həmçinin iki nüfuzlu beynəlxalq təşkilat – BMT və Venesiya Komissiyası tərəfindən qeydə alınıb.

Ermənistanda insan hüquqlarının durumunun pisləşməsi ilə bağlı narahatlıqlar Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasda Sərhədsiz İnsan Hüquqları təşkilatı tərəfindən də qeyd olunub. Adıçəkilən təşkilatın direktoru Villi Fautre Varşavada çıxışı zamanı Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə istinadən qeyd edib ki, icra və məhkəmə hakimiyyətləri arasında asıllığın olması sistematik problemləri üzə çıxarır. Əsasən, məhkəmə hakimiyyətinin müstəqil olmaması insan hüquqlarının pozulması hallarının kütləvi hal almasına səbəb olur. Fautrenin qeyd etdiyinə görə, eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması insan hüquqları sahəsində pozulmaların artmasına gətirib çıxarır.

O qeyd edib ki, Moskva tərəfindən müəyyən edilmiş “Avrasiya dəyərləri” tez bir zamanda Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən “xarici agentlər” adlandırılan hüquq müdafiəçilərinə təsirini göstərib.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti