www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gələn ay Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq sazişi imzalamağa hazırlaşan İrəvan çətin vəziyyətlə üzləşib.

Yenicag.ru-nun məlumatına görə, Aİ ilə Ermənistan arasında gələn ay imzalanması nəzərdə tutulan saziş “düyün”ə düşüb.

İrəvanla Brüssel arasında ciddi anlaşılmazlığın yaranması haqqında məlumatı Rusiya nəşrləri yayıblar. Lakin buna baxmayaraq, tərəflər arasında əldə olunmuş ilkin razılaşmanın pozulmasında Rusiyanın rolu olmayıb. Sadəcə, Brüssel İrəvan qarşısında irəli sürdüyü şərtləri sərtləşdirib.

Qeyd edək ki, Ermənistan 2013-cü ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə assosiativ saziş imzalamaq və onunla azad ticarət zonaları yaratmağa başlayandan bəri Rusiya “qulaqlarını şəkləyərək” bu prosesi diqqətlə izləyirdi.

Ermənistanda başa düşürdülər ki, Rusiyanın belə bir “qeyri-təbii poza” tutması ermənilər üçün yaxşı heç nə vəd etmir. Ona görə də İrəvan tezliklə orientasiyasını dəyişərək, Avrasiya İttifaqına daxil olmağa, bununla da Rusiyadan özü üçün əlavə faydalar götürməyə tələsdi.
Ümumiyyətlə, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının tam hüquqlu üzü olsa da, bir gözü onun bu xəyanətindən qeyzlənmiş Avropaya dikilib. Ancaq Avropa da Ermənistanı əlindən birdəfəlik buraxmamaq üçün təmkinlə davranır və Rusiyanın maraqlarından kənara çıxmamalı olan bu ölkə ilə yeni tərəfdaşlıq sazişi hazırlayıb.

Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişinin gələn ayın sonlarında Brüsseldə baş tutacaq “Şərq tərəfdaşlığı” sammitində imzalanması gözlənilir. Əgər bu baş versə, o zaman Ermənistan Avrasiya İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Aİ ilə inteqrasiya prosesinə qoşulan yeganə üzv ölkəsi olacaq.
Aİ ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan 357 səhifəlik saziş layihəsi uzun müddət məxfi saxlanıldı və yalnız bu yaxınlarda açıqlandı. Sənəddə əsas vurğular Ermənistanda ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsinə, Konstitusiya və məhkəmə sahəsində islahatların aparılmasına, insan hüquqları və digər azadlıqların tam qorunmasına və digər məqamlara qoyulub. Həmçinin, Aİ-nin Ermənistandakı müəyyən layihələri maliyyələşdirməsi də sənəddə öz əksini tapıb.

Ancaq anlaşmanın həlledici məqamı Aİ-nin Ermənistandan hələ Sovet dövründə istismara verilən, hazırda isə qəzalı vəziyyətdə olan Metsamor Atom-Elektrik Stansiyasını (AES) bağlamaq tələbidir. Aİ ekspertləri Metsamor AES-i region üçün əsas təhlükə kimi qiymətləndiriblər.

Avropa ekoloqlarının sözlərinə görə, Rusiyanın aktiv seysmik bölgədə yerləşən bu nüvə obyektində qəza baş verərsə, yaranacaq şüalanma bir neçə saat ərzində Avropanın sərhədlərinə qədər yayılacaq. Ona görə də Brüssellə İrəvan arasında danışıqların həlledici məqamı məhz Metsamor AES-in bağlanmasıdır.
Ancaq məlum olduğu kimi, Ermənistan hökuməti artıq Rusiyaya məxsus olan həmin obyekt üzərində heç bir nəzarətə malik deyil. Ermənistanın Rusiyaya olan borclarının qaytarılması çərçivəsində bir sıra mühüm obyektlər kimi, Metsamor AES də Rusiyanın (“Rosenerqoatom”) mülkiyyətinə keçib.
Artıq Metsamor AES-in istismarını davam etdirmək, yaxud da onu bağlamaq səlahiyyəti tək Ermənistan hökumətinə deyil, həm də Ermənistan-Rusiya birgə komissiyasına məxsusdur.

Həttə əgər Rusiya obyektin bağlanmasına razılıq versə, o halda Ermənistanın 50 faizi elektriksiz qalacaq. O baxımdan, Ermənistan yenə də çıxılmaz vəziyyətdədir: ya Rusiya ilə qarşıdurmaya gedərək (cinayətkar Sərkisyan rejimi buna getməz) ölkədə xaosa səbəb olmaq, ya da Avropadan üz döndərib, Rusiyanın əbədi müstəmləkəsinə çevrilmək.

Ermənistan cəmiyyətinin bir hissəsi xaricdəki diasporanın təsiri altında Rusiyaya və onun ölkədəki nüfuzuna müqavimət göstərməyə çalışır. Ancaq bu müqavimət cəmiyyətin Rusiya müstəmləkəçiliyi ilə barışan əksər hissəsinin münasibəti yanında təsirsiz və solğun görünür.
Nəticə çıxartmaq çətin deyil. İndiki halda nə Ermənistanın cinayətkar hakimiyyətinin, nə də Qərbyönümlü zəif müxalifətin ölkənin Qarabağ müharibəsi ilə salındığı tələdən qaçmaq şansı yoxdur.

Ermənilər artıq başa düşürlər ki, Qarabağ bir pendir tikəsi olaraq, geosiyasi “tələ”yə qoyulub və onlar da atəşkəs dövründən bu günə kimi “qalib” statusunda yerlərində saya-saya qalıblar, Ermənistanı isə hissə-hissə itirməkdədirlər.

Qarabağı işğal etdiklərini düşünən ermənilər hələ indi oyanıblar ki, ölkənin müstəqilliyini, bütün iqtisadiyyatı, dövlət sərhədlərini, SSRİ vaxtından dotasiya olaraq havayı əldə etdikləri bütün təbii sərvətlər üzərində nəzarəti itiriblər.
Müdrik bir deyimdə bildirilir: “Başqasının yaxşılığı insana xoşbəxtlik gətirmir”. Çünki tezliklə, Qarabağ müharibəsinə görə ölkədə baş alıb gedən işsizlik, səfalət və aclıqdan xilas olmaq üçün əhalinin tərk etdiyi “ermənistan”ın özü də bir dövlət olaraq, yoxa çıxacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2886
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."