Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanı ləğv edir

Müəllif: Redaktor

Editor

%d0%b1%d0%b5%d0%b7%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8fAvropa İttifaqı (Aİ) Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması haqqında qərar qəbul edib.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Gürcüstan və Ukraynaya vizasız rejimin hansı halda dayandırılacağı mexanizmi barədə də razılığa gəlib.

İki qurum arasında əldə edilən razılığa əsasən, üçüncü ölkə Gürcüstana və Ukraynaya tətbiq edilən vizasız rejimdən sui-istifadə edərsə, o zaman bu mexanizm avtomatik qüvvəyə minəcək.

Hazırda qərar Avropa Parlamentində səsə qoyulacaq, daha sonra onu Aİ Şurası rəsmi təsdiqləməlidir.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır