Yazı İçi 468×60

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2017/2018-ci illər mövsümü üçün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, ilkin mərhələdə ölkəmizi təmsil edən “İnter” və “Zirə” rəqiblərini tanıyıblar.

İlk dəfə beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək “Zirə” “Differdanj” (Lüksemburq) komandası ilə üz-üzə gələcək.

Ötən il cəza səbəbindən Avropa Liqasından kənarda qalan “İnter” isə ilkin mərhələdə “Mladost” (Serbiya) klubu ilə qüvvəsini sınayacaq.

Keçən il Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən “Qəbələ” 2017/2018-ci illər mövsümünə II mərhələdən başlayacaq. “Qırmızı-qaralar” Avropa Liqasının II mərhələsində “Yagelloniya” (Polşa) – “Dinamo Batumi” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 29 iyun, cavab qarşılaşmaları isə 6 iyulda baş tutacaq. II təsnifat mərhələsinin ilk oyunları 13 iyul, cavab görüşləri isə 20 iyulda olacaq.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 282
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."