!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Liqasının finalı İstanbulda keçirilə bilər

!Reklam – Yazi

Avropa Liqasının final qarşılaşması Türkiyədə oynanıla bilər.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Türkiyə tərəfi 2018-19 mövsümündə Avroliqanın final qarşılaşmasının “Beşiktaş”a məxsus olan “Vodafon Arena”da təşkil edilməsini istəyir. İstanbul klubunun da razılığını alan TFF qitə futbol qurumuna məktub göndərib.

Qeyd edək ki, 2005-ci ildə “Atatürk Olimpiya” stadionunda “Liverpul”la “Milan” arasında Çempionlar Liqasının, 2009-cu ildə isə “Şükrü Saraçoğlu” stadionunda “Şaxtyor”la “Verder” arasında UEFA Kubokunun (indiki Avropa Liqasının) finalı keçirilmişdi.

Yeniçağ.Az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv