yenicag.az
yenicag.az

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi – 18 qərar

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi – 18 qərar

Müəllif: Baş Redaktor

Baş Redaktor

imageAvropa Məhkəməsi bu gün 18 iş üzrə qərarlarını elan edib.
Yenicag.az Strateq.az-a istinadən bildirir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, bunlardan 13–ü onun apardığı işlərdir: “Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli araşdırma hüququ), 7 (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlıqı) maddələrin pozuntusu tanınıb. Kompensasiya hamı üçün eynidir və ümumi məbləğ 165 000 avro təşkil edir”.

Vəkil bildirib ki, ancaq bu ay və apardığı 15 iş üzrə Avropa Məhkəməsi qərar qəbul edib.

Şikayətçilərin siyahısı belədir:

1. Məmməd İbrahim

2. Qurbanlı Əbülfəz

3. Hacıbəyli Rufət

4. Budaqov Elşad

5. Carçıyev Orxan

6. Xalıqov Vaqif

7. Fərhadi Hafiz

8. Cərullayev Elcin

9. Kərimov İnqilab

10. Abbasov Şakir

11. Eyvazov Zülfiqar

12. Mirələmli Təzəxan

13. Həsənov Bəhruz.

Avropa Məhkəməsi 4 seçki şikayəti ilə bağlı 4 iş üzrə qərarını da elan edib.

Şikayətçilər bunlardır:

1. Məmmədli Nürəddin

2. Cərullayeva Dunyaxanim

3. İltizam Əkbərli

4. Palanqov Nabatali.

Hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro ödəniləcək. Cəmi 44 000 kompensasiya təyin olnub. Birinci 3 işdə nümayəndə vəkil İntiqam Əliyevdir.

Vəkilin sözlərinə görə, bu gün Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərarını elan edib.(nümayəndə S.Camalzadə). Kompensasiyanın məbləği 20 900 avrodur.

Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti