!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir..." - Ərdoğan 

!Reklam – Yazi

“Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə ata bilməyəcəklər”.

Yeniçağ.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Ərdoğan KİV nümayəndələrinə bildirib ki, mən bir daha bizim üstümüzə barmaq silkələyən avropalılara müraciət edirəm:

“Türkiyə o ölkələrdən deyil ki, onun nazirlərini itələmək və ya qapıdan geri qaytarmaq mümkün olsun. Bu cür hərəkətləri bütün dünya görür. Əgər siz bundan sonra da belə davam etsəniz, sabah Qərb ölkələrinin heç bir vətəndaşı, avropalılar dünyada heç yerində təhlükəsiz və rahat şəkildə küçəyə addım ata bilməyəcək. Əgər bu təhlükəli yolu açsanız ən böyük zərəri elə sizin özünüz görəcəksiniz. Buna görə biz Türkiyə olaraq Avropanı hüquq və azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik”.

Qeyd edək ki, Almaniya və Niderland hökümətləri Türkiyə nazirlərinin həmin ölkələrdə yaşayan türk əsilli seçicilər qarşısında çıxış etmələrinə qadağa qoyub. Bundan sonra Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Həmin görüşlər Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum öncəsi seçkiqabağı kampaniya çərçivəsində nəzərdə tutulmuşdu.

Yeniçağ.az

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv