www.sinerjipro.net

SinerjiProWide
Reklam

siaphoto_502122Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev Avropa Parlamentinin 750-ə yaxın üzvünə e-poçt vasitəsi ilə 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən və girov götürülən mülki şəxslər olan Həsən Həsənov və Dilqəm Əsgərovla, Şahbaz Quliyev haqqında və onların pozulmuş hüquqlarının bərpa olunması üçün müraciət ünvanlayıb.

Müraciətdə bildirilir: “Hörmətli Avropa Parlamentinin üzvü! Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan Azərbaycanın 20% ərazisi işğal edilib və bir milyon əhali öz ərazilərindən qaçqın və məcburi köçkün halına salınıb: “Bu işğal 25 ilə yaxındır ki, davam edir. Bu münaqişə ilə bağlı BMT 4 qətnamə qəbul edərək həmin ərazilərin erməni hərbi birləşmələrindən dərhal boşadılması ilə bağlı qərarı var. Eyni zamanda digər beynəlxalq təşkilatların qərar və tövsiyələri var ki, ərazilər boşaldılmalı və oradan zorla çıxardılan əhali öz yerinə qaytarılmalıdır. Lakin hələ də Ermənistan dövləti nə BMT-nin, nə də digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə əməl etmir. 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən mülki şəxslər olan Həsən Həsənov və girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyev heç bir qanunu pozmayıb. Həmin şəxslər hansısa ölkənin ərazisinə icazəsiz daxil olmayıblar.

Kəlbəcər rayonu Azərbaycan ərazisidir və bunu həm BMT, həm də digər bütün beynəlxalq təşkilatlar və dünya dövlətləri təsdiq edib. O şəxslərin də həmin əraziyə getmək hüquqları var çünkü o ərazilər Azərbaycana məxsusdur və adı qeyd olunan şəxslərin anadan olduğu ərazilərdir. Onların istədikləri vaxt həmin ərazilərə getmək yaşamaq hüquqları var. Eyni zamanda digər bir milyon qaçqın və məcburi köçkün azərbaycanlı bu hüquqa malikdir. Həsən Həsənovun öldürülməsi, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülərək hər gün insanlığa sığmayan işgəncələrə məruz qalması, qondarma məhkəmə vasitəsi ilə qərar çıxardıb, onların azadlıqdan məhrum edilməsi beynəlxalq hüquq normalarına qarşı gəlmək və beynəlxalq təşkilatların tövsiyələrinə zidd getməkdir. Sizdən və Avropa Parlamentində təmsil olunan digər parlamentarilərdən xahiş edirik ki, beynəlxalq hüquq normalarına uyğun olaraq həmin şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasına köməklik edəsiniz”(sia).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."