Avropa Qran Prisi saat 18:00-da start götürəcək

Avropa Qran Prisi saat 18:00-da start götürəcək

Müəllif: Redaktor

Baş Redaktor

f-1.az_2016-01-21_18-21-05Qarşıdakı mövsüm Formula1 tarixində ən uzun olacaq – çempionatın təqvimində 21 Qran Pri yeri alıb.

Bu gün çempionatın rəsmi saytında 2016-cı ildə keçirilən yarışların start vaxtı dərc olunub.
F-1.az bildirir ki, Bakıda baş tutacaq debüt Avropa Qran Prisinin startı yerli vaxtla 18:00-a təsadüf edəcək. Yarışın belə gec başlamasının səbəbi həmin günü Fransada keçirilən Le Man marafonunun finişidir – 24 saatlıq yarış bizim vaxtla saat 17:00-da başa çatmalıdır. İyun ayında ölkəmizdə günəşin saat 21:15-dən sonra batmasını nəzərə alsaq, yarışın belə gec başlaması problem olmamalıdır.

Xatırladaq ki, mövsümün ilk yarışı Avstraliyada baş tutacaq – Melburnda Albert Parkda keçirilən yarış bizim vaxtla saat 09:00-da start alacaq. Aşağıdakı cədvəldə digər yarışların Bakı vaxtılə başlanma saatı göstərilib…

Tarix  Qran Pri Start vaxtı (Bakı vaxtılə)
20 mart  Avstraliya 09:00
03 aprel  Bəhreyn 20:00
17 aprel  Çin 11:00
01 may  Rusiya 17:00
15 may  İspaniya 17:00
29 may  Monako 17:00
12 iyun  Kanada 23:00
19 iyun  Avropa 18:00
03 iyul  Avstriya 17:00
10 iyul  Böyük Britaniya 17:00
24 iyul  Macarıstan 17:00
31 iyul  Almaniya 17:00
28 avqust  Belçika 17:00
04 sentyabr  İtaliya 17:00
18 sentyabr  Sinqapur 17:00
02 oktyabr  Malayziya 12:00
09 oktyabr  Yaponiya 10:00
24 oktyabr  ABŞ 00:00
30 oktyabr  Meksika 23:00
13 noyabr  Braziliya 20:00
27 noyabr  Əbu Dabi 17:00
İdman, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti