!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa Rusiyanın yerinə Azərbaycanı istəyir” – Enerji müharibəsi

!Reklam – Yazi

avropaittifaq“Azərbaycanla Avropa İttifaqı arasında çoxşaxəli əməkdaşlıq prespektivləri var. Bu əməkdaşlıq əsasən, Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlıdır və müvafiq saziş imzalanıb”.

Bu sözləri Yeniçağ.Az-a danışarkən millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili bildirir ki, hazırda Azərbaycan Aİ ilə ikitərəfli əməkdaşlıq proqramı üzərində işləyir və bu tərəfdaşlıq bir neçə sahəni əhatə edir:

“Bu əhatə dairəsi əsasən siyasi və iqtisadi sahələrə aiddir. Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi hər istiqamət üzrə inkişafa nail olacaq. Azərbaycan və Avropa Parlamentləri arasında əməkdaşlıq başlanıldı və müvafiq işçi qrupları yaradıldı. Bu sahədə artıq bizim səfərlərimiz də olub. Asim Mollazadə ile ilgili görsel sonucuHəm Avropa Parlamentinin nümayəndələri Azərbaycana gəldi, həm də Azərbaycanın müvafiq işçi qrupunun heyəti Avropaya səfər ediblər. Planlarımızda gələn il üçün bu əməkdaşlıqları daha da genişləndirmək və tərəflər arasında hər cür sahədə olan əməkdaşlıq prosesinə təkan vermək, gücləndirməkdir”.

Politoloq Qabil Hüseynli Azərbaycanın Aİ ilə tərəfdaşlığını yüksək dəyərləndirdiyini söyləyib:

“Aİ həmişə Azərbaycanı özünün prespektivli tərəfdaşı, mühüm enerji daşıyıcılarının mənbəyi və dəhlizi kimi görüb və bu gün də bu xətti həyata keçirtməkdə davam edir. Aİ Azərbaycanla münasibətlərin hərtərəfli inkişafını istəyir. Amma enerji məsələləri Aİ üçün həyati əhəmiyyətə malikdir. Çünki Avropa Rusiyanın qaz və neftindən imtina etmək fikrindədir. Doğrudur, Azərbaycan bunların hamısını ödəyə bilməyəcək, ancaq İsrail variantı, o ölkənin TANAP-a birləşdirilməsi variantı da var. Qabil Hüseynli ile ilgili görsel sonucuBir sözlə, Azərbaycan bütün məsələlərdə Avropa üçün açar rolunu oynayan və yüksək inkişaf etmiş infrastruktura malik olan bir dövlətdir”.

Politoloq qeyd edir ki, artıq Avropaya gediş-gəliş məsələsi də gündəmdədir:

“Bu da münasibətlərin hərtərəfli inkişafına təkan verəcək. Aİ-nin TANAP, TAP və Şahdəniz qaz kəməri layihəsinə böyük əhəmiyyət verməsi və dəstəkləməsi Azərbaycan üçün çox mühüm prespektivlər vəd edir. Hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır”.

Qeyd edək ki, Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə bağlı Azərtac-a müsahibə verib. O müsahibəsində “Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin prespektivlər var”,- deyə bildirib.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv