!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa və Dünya çempionlarının mükafatları kəsildi - "Sponsor tapılana qədər..." - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi bir müddət əvvəl Beynəlxalq Bank Azərbaycan Milli Karate Federasiyasını və “İnter” futbol klubunu maliyyələşdirməkdən imtina edib. Bankdan bildirildi ki, onlar tərəfindən heç bir idman qurumu, klubu maliyyələşdirilməyəcək.

AMKF isə sponsor tapılana qədər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə fəaliyyətini davam etdirməyi qəbul etdi.

Bəs sponsor məsələsi nə yerdə qaldı? Federasiyaya könüllü dəstək olmaq istəyənlər var?

Yeniçağ.az suallarını İslamiadaya hazırlaşan AMKF-nin mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmova ünvanladı. O, maaşların gecikdiyini etiraf etsə də problemin aradan qalxdığını da bildirdi:

“Hazırda federasiyamızı GİN maliyyələşdirir. Bu vəziyyət sponsor tapılana qədər davam edəcək. Maliyyə dəstəyi üçün hər şey İslam Həmrəylik Oyunlarından sonraya qalıb. Sponsorluq üçün könüllü müraciət edənlər isə olmayıb. Gözləyirik…

O ki qaldı maaşa, düzdür, ilin əvvəlində gecikmə olmuşdu. Artıq geridə qalan ayların pulu verilib. Aprelin maaşını isə mayda almalıyıq”.

S.Məhərrəmov Şəfa Stadionunda yerləşən millinin məşq etdiyi zalın köçürülməsi məsələsinə də aydınlıq gətirib: “Zal köçürülməyib, yerindədir. Sözün düzü, heç belə bir fikir də yoxdur”.

Qurum rəsmisi mükafatların kəsilməsindən də danışıb:

“Hələlik, beynəlxalq səviyyəli turnirlərdə qalib olanlara mükafat ayrılması dayandılıb. Amma bu məsələ nəzərimizdədir. Sponsor olarsa, yəqin ki, bərpa olunacaq. Dövlət tərəfindən ayrılan mükafatlar isə ilin sonunda nazirlik tərəfindən ödənilir. Yeniyetmə və gənclərin Avropa çempionatı fevralda olub. Onların mükafatı da ilin axırı veriləcək”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv