110348_res_01Son sutka ərzində Macarıstan ərazisindən Avstriyaya 13 min qaçqın keçib.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, Avstriya polisi bundan əvvəl sutka ərzində ölkə ərazisinə 10 minədək qaçqının keçəcəyini proqnozlaşdırmışdı. Əksəriyyətini suriyalılar təşkil edən qaçqınlar dəmiryolu vasitəsilə Avstriyanın müxtəlif şəhərlərinə yönəldilib.

Avstriyanın Daxili İşlər Naziri Yohanna mikl-Lyaytner isə qonşu ölkələri Avropa İttifaqının (Aİ) qaydalarına riayət etmədiklərində günahlandırıb. O, həmçinin bəyan edib ki, miqrantlar Avstriyaya Xorvatiya və Sloveniyadan gəlirlər.

Sentyabrın 16-dan Xorvatiyaya Serbiyadan 20 min miqrant daxil olub. İlk əvvəl ölkə miqrantları qəbul etsə də, sonradan hökümət Xorvatiyanın miqrant axınına tab gətirmədiyini bəyan edib. Ölkənin Baş naziri Zoran Milanoviç miqrantların Macarıstana göndərilməsinə dair ölkəsinin fəaliyyətə başladığını bildirib. Milanoviç “Biz onları (Macarıstanı – red.) miqrantları qəbul etməyə vadar edirik və bunu etməkdə davam edəcəyik”, – deyə ölkəsinin mövqeyini açıqlayıb. Eyni zamanda Baş nazir Xorvatiya və Macarıstan arasında miqrantların köçürülməsinə dair heç bir razılığın olmadığını da etiraf edir.

Öz növbəsində Macarıstan höküməti Xorvatiyanı miqrantları qeydiyyata almadığına görə Beynəlxalq qanunvericiliyi pozmaqda ittiham edir. Budapeşt bəyan edib ki miqrantlar Şimali Avropaya keçməmiş Macarıstanda qeydiyyata alınacaq. Lakin Avstriyaya Macarıstandan gələn bir neçə miqrantın sözlərinə görə onları orada heç kəs qeydiyyata almayıb. Miqrantlar ölkənin bir sərhədindən digər sərhədinə avtobuslarla aparılıb və dəmir yolları boyu Avstriayaya piyada getməyə məcbur ediblər.

Xorvatiyanı Avropa İttifaqı və Şenqen ərazisinin qanunlarını pozmaqda Sloveniya da ittiham edir. Ölkə höküməti iddia edir ki Sloveniyaya 1500-ə yaxın miqrant daxil olub. Yüzlərlə qaçqın isə sərhəddə növbə gözləyir, daha 150 nəfər Sloveniya Avstriya sərhədini keçərək ölkənin cənubunda yerləşən Şpilfeld şəhərinə üz tutub.

Miqrantların bir çoxu Avropanın daha zəngin şimal ölkələrində məskunlaşmaq istəyirlər. Onlar arasında ən populyar istiqamət Almaniyadır.

Aİ-nin rəhbərliyi miqrant krizisindən çıxış yolu tapa bilmədiyi üçün sərt tənqid olunur. Aİ-nin Daxili İşlər Nazirləri sentyabrın 22-də təcili toplantı keçirməyi planlaşdırırlar. Görüş zamanı nazirlər kvota sisteminə görə miqrantların Avropa ölkələri arasında bərabər yerləşdirilməsinə dair danışıqlar aparacaqlar.

Növbəti gün isə miqrasiya problemləri üzrə xüsusi sammitdə Avropa İttifaqının liderləri görüşəcək.

Avropada baş qaldıran miqrant krizisi fonunda Kanada hökuməti 10 mindən çox suriyalı qaçqını qəbul edəcəyini və qaçqınlara sığınacaq verilməsi prosesini tezləşdirməyə hazır olduğunu bəyan edib.

“CBC News” telekanalının məlumatına görə, bunu Kanadanın immiqrasiya işləri üzrə naziri Kanada

Kris Aleksandr bəyan edib. Nazir bildirib ki, ölkənin miqrasiya xidməti son 6 ayda sığınacaq üçün müraciət edən suriyalı qaçqınların əksəriyyətinin müraciətinə baxmaq üçün əlindən gələni edəcək. Kanadanın immiqrasiya işləri üzrə naziri ilin sonunadək Kanadaya minlərlə suriyalı qaçqının gələcəyini hesab edir.

Bu yaxınlarda Kanada hökuməti BMT-nin Yaxın Şərqdəki qaçqınlar üçün yeni düşərgələr tikməsinə 75,4 milyon dollar ayıracağını bəyan etmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."