www.sinerjipro.net

SinerjiProWide
Reklam

fuad elesgerov pll“Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib”.

Bunu bu gün Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının açılışında çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz miqrasiya və narkotik dövriyyəsi həyata keçirilir: “Orta Şərqdə baş verən proseslər fonunda Avropada qaçqınlarla təhqiramiz davranılır. Avropa İttifaqında miqrasiya problemi ilə effektiv həll mexanizmi hələ tapılmayıb. Bir çox halda adi insan hüquqlarına əməl edilmir. Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük artır. Miqrantların Azərbaycana da qanunsuz daxil olmaq cəhdləri var. Azərbaycan əlverişli geosiyasi məkanda yerləşir, sabit ölkədir, multikulturalizm hökm sürür”. (Apa)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."