12516129_10207215869787815_162194150_nSamir Əliyev: “Azərbaycanda 6 saatlıq iş gününə keçsələr, işçilərin əmək haqlarını azaldacaqlar”

İsveç 6 saatlıq iş gününə keçməyi planlaşdırır. Hesab olunur ki, bu addım iş yerlərində məhsuldarlığın artmasına gətirib çıxaracaq.

Görəsən, Azərbaycanda da anoloji addım atmaq mümkündürmü? Qeyd edək ki, hazırda qanunvericiliyə görə Azərbaycanda 7-8 saatlıq iş günü mövcuddur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə yaxın zamanlar üçün 6 saatlıq iş gününə keçidin reallaşacağı inandırıcı görünmür: “İş saatı ilə bağlı məsələni Beynəlxalq Əmək Təşkilatı gündəmə gətirib. Söhbət gəzir ki, 4 günlük iş həftəsinə keçilsin. Avropa ölkələri artıq iş saatlarının azaldılması üzərində düşünürlər. Prinsipcə iş həftəsinin 4 günə və yaxud 6 saatlıq iş gününə salınması maraqlı təklifdir. Amma Azərbaycan üçün belə bir təklifin reallaşması yaxın dövrlər üçün real deyil. Onsuz da ölkəmizdə çox az şirkət və qurumlar var ki, rəsmi iş günü saatına riayət edirlər. Məsələn dövlət qurumları səhər saat 9.00-dan, axşam saat 18.00-dək işləməlidir. Amma bir çox nazirliklər var ki, orada bəzi işçilər adətən işdən 19.00-21.00-dan sonra çıxırlar. Yəni ölkədəki heç də bütün şirkətlər mövcud 8 saatlıq iş rejiminə əməl etmir. Bəzən hətta 6 gün işə də çıxırlar. Bu da iqtisadi vəziyyətin pisləşməsindən, idarəetmənin düzgün qurulmamasından irəli gəlir. Onlar qənaət edərək əlavə işçi götürmürlər. Ona görə də bir işçi bir neçə nəfərin işini görməli olur, nəticədə də iş saatı artır. Bütün bunlara görə də Azərbaycanda nə 4 günlük iş həftəsinə, nə də 6 saatlıq iş gününə keçiləcəyini real hesab etmirəm. Təklif nə dərəcədə cəlbedici olsa da, bu addımın baş verməsi ancaq əmək haqlarının azaldılması hesabına baş verəcək. Belədə isə düşünmürəm ki, ölkəmiz də 6 saatlıq iş gününə keçmək kimi addıma gedər”.

 

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."