Avropadakı diasporumuzdan İsmayıl Ağayevə böyük dəstək

Müəllif: Baş Redaktor

Baş Redaktor

unnamedAzərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd İsmayıl Ağayevə Avropadan dəstək

Məktubda deyilir:

“26.10.2015 tarixdə Çexiya Respublikasının Brno şəhərində yerləşən Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyində Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzi ilə birlikdə növbəti toplantı keçirilmişdir.

Nüfuzlu ziyalıların,iş adamlarının,tanınmış ictimai siyasi xadimlərin,müəllim və tələbələrin iştirak etdiyi toplantıda gündəlik məsələ kimi, BDM-in sədri İsmayıl Ağayevin Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olması məsələsi müzakirə olunmuşdur.

BDM-in Avropa Nümayəndəliyi rəhbəri prof.Azər Kərimov deputatlığa namizəd İ.Ağayevin tərcümeyi halı,keçdiyi həyat yolu,təhsili,diaspor fəaliyyəti haqqında toplantı iştirakçılarına geniş məlumat vermiş,namizədin Milli Məclisə deputat kimi layiq olmasını həyatı dəlillərlə,real faktlarla əsaslandırmışdır.

Digər çıxış edənlər prof.İvan Meznik,prof.Jiri Vanek,doc.MUDr.Frantisek Capka,doc.MUDRr.Jiri Dusek,PHDr.Tomas Cermak müasir dövrdə Çexiya Azərbaycan münasibətlərinin hərtərəfli pozitiv inkişafı konktekstində əhəmiyyətli rolu olan BDM-in və onun sədri İ.Ağayevin gördüyü əhəmiyyətli işləri xüsusilə qeyd etmişlər.

İ.Ağayevin son 7-8 il ərzində ki,Azərbaycan respublikası daxilində o cümlədən SNG miqyasında,Türkiyə,Polşa,Çexiya,

Avstriya,Macarıstan,Ispaniya,Belgiya kimi Avropa ölkələrində əhəmiyyətli,məqsədyönlü diaspora fəaliyyəti,onun Azərbaycan respublikası Milli Məclisinə layiqli deputat olmasının əyani sübutudur.

Biz İ.Ağayevi tam dəstəkləyirik və ona yeni uğurlar arzu edirik.

Çexiya Respublikası,Brno şəhəri”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir