www.sinerjipro.net

SinerjiProWide
Reklam

Futbol üzrə “Birlik Kuboku” turniri Azərbaycanda keçirilə bilər. Bu barədə Rusiya baş nazirinin müavini və Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib. O, bildirib ki, turnirin təşkil ediləcəyi məkanlarla bağlı bir neçə variant var. Yarışın ölkəmizdə keçirilməsi təklifi isə AFFA-nın rəhbəri Rövnəq Abdullayevdən gəlib.

Mutkonun fikirləri ilə bağlı münasibət öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi məsələnin hələ bir il əvvəl müzakirə edildiyini deyib:

“Hələ bir il əvvəl AFFA-nın rəhbəri Rövnəq Abdullayevlə Rusiya Futbol İttifaqının prezidenti arasında keçirilən görüşdə “Birlik kuboku”nun formatı ilə bağlı müzakirə aparılıb. Federasiyanın rəhbəri Rövnəq Abdullayev deyib ki, klublar arasında belə bir turnirin yenidən təşkili müsbət nəticələr verə bilər. “Birlik kuboku”nun yenidən keçirilməsinə çalışmaq lazımdır. Həmçinin müzakirə əsnasında bildirilib ki, turnirə qatılan komandaların Çempionlar Liqası və ya Avroliqada “pley-off” oyunları olarsa və onlar “Birlik kuboku” ilə üst-üstə düşərsə, iştirakçıların siyahısında dəyişiklik etmək mümkündür. Yəni həmin klubları ölkə kubokunun sahibi və ya çempionatı ikinci pillədə bitirənlər əvəz edə bilər.
Bundan əlavə görüş zamanı qərara alınıb ki, turnirə tək MDB ölkələrinin təmsilçiləri yox, Avropa ölkələrinin klubları da qatıla bilər. Yəni onlara da təklif göndərilsin. “Birlik kuboku”un reytinqini yüksəltmək, yarışa marağı artırmaq üçün mükafat fondunun yenidən gözdən keçirilməsi barədə də fikir mübadiləsi aparılıb. Bu ideyanın gerçəkləşməsi üçün təkcə AFFA və RFİ arasında əldə olunan razılıq yetərli deyil. Məsələ başqa ölkələrin də federasiyaları ilə müzakirə olunmalı və razılıq alınmalıdır. Oyunların baş tutacağı məkanlar isə turnirə qatılacaq ölkələrlə müzakirələrdən sonra bəlli olacaq”.

Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ prezidenti bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub.

 

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.