Avstraliyada qeyri-adi terror planı – Kenquru kamikadze oldu

Avstraliyada qeyri-adi terror planı – Kenquru kamikadze oldu

Müəllif: Redaktor

Editor

Kangaroo_19sd4Avstraliyada İŞİD üzvü olduğu güman edilən gənc “kenquru kamikadze” vasitəsilə terror törətmək istəyib.

Bu barədə Herald Sun Avstraliya qəzeti məlumat yayıb.Məlumata görə, 19 yaşlı Sevdet Ramadan Besim İŞİD terror qruplaşmasının Melburnda həyata keçirilməli olan terror aktını planlaşdırmaqda ittiham olunur.

İstintaq məlumatlarına əsasən, Besim terrorçularla kenqurunun kisəsinə partlayıcı qurğu yerləşdirmək, heyvanın üzərində İŞİD-in simvolunu çəkmək, Melburn və ya ətraf ərazidə Veteranlar günü münasibətilə keçirilən xatirə tədbirində kenqurunu polislərin üzərinə göndərib partlatmaq barədə müzakirə aparıb.

Besimə dair ittihamlar internet yazışmalara əsaslanıb. Bu yazışmalarda o, polis zabitini öldürmək, onun başını kəsmək istəyi və hüquq keşikçisinin xidməti silahı ilə yoldan ötənləri öldürməyi müzakirə edib. Gənc oğlan məhkəmədə günahını etiraf etməyib.

Flaş, Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti