Avstraliyalı parlamentarilər yerli jurnalistlərlə görüşdü

Müəllif: Redaktor

Editor

unnamedNoyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya İttifaqı parlamentinin deputatları Bakıda bir qrup jurnalistlə görüş keçiriblər.
Avstraliya parlamenti Senatının üzvü David Johnston, Nümayəndələr Palatasının üzvləri Luke Simkins, Alan Griffin, xanım Sharman Nansy Stonoe, Laurie Ferguson, Avstraliya-Azərbaycan dostluq cəmiyyətinin rəhbəri Con Hammond və Avstraliyada yaşayan Azərbaycan icmasının nümayəndəsi Aydan Rzayevanın qatıldığı görüş “Four Seasons Baku” otelinin konfrans zalında baş tutub.

“Yeni Müsavat” qəzetindən Elşad Paşasoy, “Türküstan” qəzetindən Aqil Camal, “Xalq Cəbhəsi” qəzetindən Əli Zülfüqarğlu, ”Moderator.az” saytından Zülfüqar Hüseynli, “ANN.az” saytından Zülfiyyə Səfxanova və “Bizim Yol” qəzetindən Rəşad Vaqifoğlu qonaqları maraqlandıran sualları cavablandırıblar.

Seçkiləri müşahidə edəcək avstraliyalı parlamentariləri əsasən Azərbaycanda seçkiqabağı vəziyyət, təbliğat-təşviqat kampaniyasının gedişi, seçki proseslərinin KİV-də işıqlandırılması və s. məsələlər maraqlandırıb.

Media nümayəndələri qonaqların maraqlandırılan məsələlərə hərtərəfli aydınlıq gətirərək, KİV-in seçki prosesində oynadığı vacib rolu xüsusi vurğulayıblar.

Həmçinin jurnalistlər nümayəndə heyətinə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqşəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı da məlumat veriblər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır