Avstriya və Almaniya miqrantlara yaşıl işıq yandırdı

Müəllif: Redaktor

Editor

f54d3ae016fda3c2c532968136f28a22Avstriya və Almaniya Macarıstanda olan miqrantları öz ərazilərinə buraxmağa icazə veriblər.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Avstriyanın kansleri Verner Fayman yazıb.

“Macarıstan sərhədində yaranan gərginliyi nəzərə alaraq, Avstriya və Almaniya miqrantları öz ərazilərinə buraxaraq təyinat ölkələrinə doğru hərəkət etmələrinə razılıq veriblər”, V.Fayman yazıb.

Bundan əvvəl yüzlərlə Suriya və digər ölkələrdən olan miqrantlar Macarıstan-Serbiya sərhədində yerləşən qaçqın düşərgəsini özbaşına tərk ediblər. Sərhəd bölgəsində yerləşən düşərgəni tərk etmək istəyən qaçqınlarla polis arasında toqquşmalar olub.

Daha sonra isə Macarıstanda 500 miqrantdan ibarət qrup polis barrikadalarını yararaq Avstriya sərhədinə piyada yollanıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir