Yazı İçi 468×60

iİctimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçməlidirlər. Çünki emosional, gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq potensial qəza törədicisidir.

Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında komissiya yaradılıb. “Nəqliyyat Departamentinin nümayəndələri və yol polisləri baş vermis yol qəzalarının qarşısını almaq istiqamətində iş aparırlar. Sürücülərin sağlmlığı nəzarətdə olmalıdır. İctimai nəqliyyat sürücülərinin hər gün tibbi müayinədən keçirilmələri ilə bağlı təkliflər verilib və yaxın gələcəkdə bu təkliflərə baxılacaq. Əvvəllər də ictimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçirdilər”, – deyə R.Nağıyev əlavə edib.

Təcili yardım maşınlarının sürücüləri hər gün tibbi müayinədən keçirilirlər. R.Nağıyev söyləyib ki, buna görə də təcili yardım maşınlarının iştirakı ilə qəzalar çox nadir hallarda qeydə alınır: “Baş verən az sayda qəzaların da bizim sürücülər deyil, digər avtomobil sürücüləri tərəfindən törədildiyi bəlli olur. Tibbi müayinələrin aparılmasının effektliyi öz nəticəsini göstərir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."