Avtobus sürücüsündən narkotik götürüldü – 5 kiloqram-Foto

Avtobus sürücüsündən narkotik götürüldü – 5 kiloqram-Foto

Müəllif: Redaktor

Baş Redaktor

62740dfnarkotikesasAzərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, saxlanılan Jamal Eltefatdan 5 kiloqram 230 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Jamal Eltefat özünə məxsus “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olur. O, istintaqa məlum olmayan İran İslan Respublikasındakı mənbədən satış məqsədi ilə külli miqdarda tiryəki əldə edərək avtobusun gizli saxlanc yerində gömrük buraxılış məntəqəsindən keçirərək Biləsuvar rayonu ərazisinə gətirib. Burada isə Jamal Eltefat narkotik vasitə olan tiryəki satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir(aznews).

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti