!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobusa minən sərnişinlər, onu atmayın! – Lazım olacaq! – FOTOLAR

!Reklam – Yazi

20160928063412-20156-17“BakıKart” terminalı ilə karta pul yükləyən zaman verilən bildiriş kağızını nə edirsiniz?

Şəhər sakinləri arasında kiçik bir sorğu keçirdik. Əksəriyyət bu kağıza baxmadan, onu atdığını söylədi. Gördüyümüz mənzərə də deyilənləri təsdiq etdi. Həmin kağızların bir hissəsini əzilmiş halda yerdə, bir hissəsini terminalın üzərində, digər bir hissəsini isə yaxınlıqdakı zibil qabında gördük. Kənardan baxan zaman heç də ürək açan görünməyən bu mənzərə təəssüf ki, dayanacaqların əksəriyyətində, xüsusilə də axşam saatlarında tez-tez rast gəlinir

Yaxşı, bu cür mənzərəni qoyaq bir kənara… İnsanların yararsız bidliyi üçün atdığı bu kağızlar həqiqətənmi yarasızdır?

Mövzu ilə bağlı ATV.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, bu vərəqlər vətəndaşın birbaşa ödəniş etdiyini təsdiq edən bildiriş kağızıdır və bildiyimiz qəbz funksiyasını daşıyır:

“Yəni, sonradan ödənişlə bağlı hansısa problem yaranarsa, bu vərəqələr vasitsilə həmin problem aradan qaldırılır. Həmçinin, terminaldan bildiriş kağızı çıxan zaman vətəndaş əmin olur ki, karta yükləmək istədiyi vəsait artıq karta oturub. Ümumi götürdükdə, bu vərəqələr kartın rəsmi qaydada vəsaiti aldığını göstərən bildiriş kağızıdır”.

Ekspert Azər Allahverənovun sözlərinə görə, karta pul yükləyən zaman qəbzi götürmək lazımdır:

“Qəbzin üzərində konkret informasiya olur. Bura karta nə zaman və nəqədər pul yükləndiyi, eyni zamanda əlaqə nömrəsi aiddir. Bizə bununla bağlı dəfələrlə şikayət daxil olub. Problem yaranarsa, bu kimi məlumatları sitemdə axtarıb tapmaq çox çətindir. Ona görə də, qəbzi götürmək lazımdır.

Qəbzin verilməməsi əksinə istehlakçının hüquqlarının pozulması deməkdir. Amma qəbz olarsa, problem yarandığı qəbzi göstərməklə həmin məbləği yenidən karta yükləmək olar. Bunun üçün də rəsmi şəkildə müraciət etmək, konkret olaraq sübutlar təqdim etmək lazımdır. Qəbz məhz bu zaman sübut funksiyasını yerinə yetirir. Vəsaitin az yaxud da çox olmasından asılı olmayaraq, qəbz götürülməli, səhəri günü problem yaranrsa, sübut kimi təqdim olunmalıdır”.

 

www.yenicag.az

1055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv