yenicag.az
yenicag.az

Avtobusun oturacağında narkotik aşkar edildi

Avtobusun oturacağında narkotik aşkar edildi

Müəllif: Redaktor

Editor

Avtobusun oturacağında narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə xalis çəkisi 24,878 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti