Yazı İçi 468×60

57b946d51e9200d569e10990616cf240 (1)Ağdamda 10 yaşlı piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1984-cü il təvəllüdlü Rəhimov Elsəvər Yaqub oğlu idarə etdiyi “VAZ 2106” markalı maşınla Ağdam rayonunun Sarcalı kəndində yol kənarında dayanan 2006-cı il təvəllüdlü Cabbarov Fərhad Əli oğlunu vurub. 10 yaşlı uşaq xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Ağdam rayon Polis Şöbəsindən verilən xəbərə görə, sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."