!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil kanala aşıb-Fotolar

!Reklam – Yazi

mashin_kanalİmişli rayonunda avtomobil kanala aşıb.

İmişli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə səhər saatlarında Qaragüvəndikli kəndi ərazisində qeydə alınıb. Bəhrəmtəpə qəsəbə sakini Ədalət Əmirovun idarə etdiyi 30-BE-974 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil körpüdən keçərkən kanala aşıb.

Qəza zamanı “Mercedes”in sürücüsü xilas ola bilib.

Avtomobildə olan sərnişin, 23 yaşlı Əli Şirinovun isə suda boğulduğu ehtimal olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin dalğıcları gəlib. Həmçinin əraziyə qaldırıcı kran cəlb edilib. Xilasedicilərin köməkliyi ilə avtomobil qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Lakin suda batdığı güman edilən sərnişin avtomobilin içərisində tapılmayıb.

Hazırda su kanalında boğulduğu ehtimal edilən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

www.yenicag.az

820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv