Yazı İçi 468×60

74343Sabirabad rayonunda avtomobil kanala düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi 99 DU 617 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı kanala yuvarlanıb. Avtombildə olan 4 sərnişin son anda xilas olunsalar da, onlar müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib.

Xəsarət alanlar Saatlı rayonunun Qaralar kənd sakinləri – 1986-cı il təvəllüdlü Rüstəmova Saniyə İmanqulu qızı, onun həyat yoldaşı – 1985-ci il təvəllüdlü Rüstəmov Amid Ələsgər oğlu, onların övladları 6 yaşlı Səma və 10 yaşlı Səbuhidir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

(apa.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."