!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil piyadanı vuraraq öldürüb - Video

!Reklam – Yazi

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb.

Hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan “Naz Lifan” markalı avtomobil vurub.

Nəticədə şəxsiyyəti hələlik məlum olmayan şəxs hadisə yerində ölüb. Avtoqəzanın qeydə alındığı əraziyə yol patrul xidməti və polis əməkdaşları cəlb edilib. Sürücü V. Hüseynov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yolu keçərkən tək olmayıb. Onunla birlikdə yolu başqa bir nəfər də keçirmiş. Hər iki şəxs sərxoş olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.(report)

Yenicag.az

www.yenicag.az

1194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv