!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil qaz borusuna çırpıldı

!Reklam – Yazi

87baebcb1c5aa082451fa0f488f0275eAstara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə yanvarın 24-də axşam Ələt-Astara magistralının 233-cü kilometrliyində, yolun rayonun Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayonunun Degədi kənd sakini, 28 yaşlı Elçin Firudin oğlu Qasımovun idarə etdiyi “VAZ-2106” markalı, 07 BC 683 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb, əvvəl yolun kənarındakı şam ağacına, sonra isə qaz borusuna çırpılıb.

Avtomobilin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, qaz borusu isə sıradan çıxdığından Ərçivan qəsəbəsinə mavi yanacağın verilməsində fasilə yaranıb.

Avtomobil isə bir neçə yerə bölünüb.
İlkin versiya kimi hadisənin avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv