!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil yük maşınını belə aşırdı – VİDEO

!Reklam – Yazi

624006_465675Bakıda firma maşınının kiçik səhvi ucbatından ağır qəza baş verib

Bakıda yükdaşıma ilə məşğul olan firma maşınının kiçik səhvi ucbatından ağır qəza baş verib. Qəza görüntüləri Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameralarında qeyd olunub. Videodan da göründüyü kimi, bu qəzada günahkar yük avtomobilinin sürücüsüdür.

Dörd zolaqlı yolda sürət həddi çox güman ki, 90 km/saatdan az deyil. Ən azından orada şütüyən avtomobillərindən sürətindən bunu müəyyən etmək olur. Firma maşını isə bu yolda 20-30 km/saat sürətlə hərəkət edir və qara rəngli minik maşını yaxınlaşdıqda qəflətən sola manevr edərək onun yoluna çıxır. Bununla da ağır qəzaya səbəb oldu. Minik maşını sürətlə hərəkət etdiyi üçün kiçik bir zərbə ilə özündən 3 dəfə böyük olan yük maşınını aşırdı.

Görüntülərdən bu qənaətə gəlmək olar ki, firma maşınının sürücüsü sol zolaqlara keçmək istəmirdi. Deyəsən, o ya əks yola çıxmaq istəyirdi, ya da geriyə manevr etməyə çalışırdı. Çünki eyni istiqamətli yolda zolaqları dəyişmək üçün dayanıb gözləməyə ehtiyac yox idi. Gedə-gedə zolaqları dəyişmək ən yaxşı üsuldur. Bu sürücü isə ya qeyri-peşəkardır, ya da yolun ayırıcı hissəsinə yaxınlaşıb geriyə qayıtmağa çalışırdı…

Həmin görüntüləri təqdim edirik.

https://youtu.be/PrWS2X26jOU

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv