!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobillərin qiyməti bahalaşdı

!Reklam – Yazi

masini-ni2Son bir neçə ayda Azərbaycanda avtomobillərin lizinqlə satış şərtləri sərtləşdirilib.

Bunu avtomobil eksperti Aley Şamilov bildirib. Onun sözlərinə görə, iyul ayından etibarən lizinq şirkətləri şərtləri dəyişməyə başlayıb. Avtomobillərin lizinqlə satışı ilə bağlı illik faiz dərəcəsi 24-26 %-dən 28-33%-ə qaldırılıb.

Lizinq müddəti 5 ildən 2 ilə kimi qısaldılıb

Bundan əlavə, lizinqlə ödənişin müddəti kiçildilib. Məsələn, əvvəl lizinqi 5 il müddətinə ödəmək olardısa, indi şirkətlər bu müddəti 24-36 aya kimi azaldıblar. İlkin ödənişlə bağlı şərtlərə də dəyişiklik edilib. Əgər əvvəl ilkin ödənişin məbləği razılaşma əsasında müəyyən edilirdisə, hazırda şirkətlər bununla bağlı 50 %-ə kimi ödəniş tələb edirlər.

Rəsmi maaşı olmayana lizinqlə avtomobil satılmır

Digər tərəfdən hazırda rəsmi əmək haqqı olmayan vətəndaşlara lizinqlə avtomobil satılmır. Halbuki, əvvəllər belə bir qayda tətbiq edilmirdi. Əmək haqqı ilə bağlı qayda bununla da yekunlaşmır. Lizinqlə avtomobil almaq istəyən müştərinin rəsmi əmək haqqının məbləği minimum 200-300 manat olmalıdır. Müştəri bahalı avtomobil almaq istəyirsə, əmək haqqısı aylıq ödənişdən 2 dəfə çox olmalıdır. Məsələn, təyin edilən aylıq ödəniş 400-500 manatdırsa, rəsmi maaş 800-1000 manat olmalıdır. Lizinq şirkətləri hətta rəsmi işlə bağlı arayışla da kifayətlənmirlər, müştərinin iş yerini əvvəlcədən araşdırırlar. Lizinqlə satış 15-20 % bahalaşıb

A.Şamilovun bildirib ki, ötən ay müştərilərdən biri belə bir vəziyyətlə qarşılaşıb. O, “Hyundai İX 40” modelini lizinqlə almaq istəyib. Amma şərtlər sərtləşdirildiyindən təklif qaneedici olmayıb: “Avtomobilin illik faiz dərəcəsi 28% təşkil edir. Əvvəl lizinqlə 30-32 min dollara satılan avtomobilin ümumi ödənişi 37-40 min dollara başa gəlir. Aylıq ödənişin məbləği isə 400-500 manatdan 800 manata kimi yüksəlib”.
“Dolların bahalaşması lizinq şirkətlərini qorxuya salıb”

Ekspertin sözlərinə görə, hazırda lizinqlə avtomobil almağa maraq azdır. Buna səbəb isə lizinqlə alışın baha olmasıdır. Bununla belə, dolların son bir neçə ayda bahalaşmaqda davam etməsi, məzənnə ilə bağlı qeyri-müəyyənlik və əhalinin gəlirlərinin azalması lizinq şərtlərinin sərtləşdirilməsinə səbəb olub. Belə ki, şirkətlər kreditlərin qaytarılması zamanı hər hansı çətinliklə üzləşmə riskindən ehtiyat edirlər. Ona görə, lizinqlə satışı daha qısa müddətə və daha böyük ödənişlə tələb edirlər.(fins.az)

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv