!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avtoş” avtobus sürücüsündən təhlükəli manevr - Qazax-Gəncə yolunda - VİDEO

!Reklam – Yazi

Respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyətinin səbəbi yüksək sürətdir.

Təəssüflər olsun ki, sürücülər bəzən sürət həddinə əməl etmirlər. Bununla da onlar, təkcə özlərinin yox, həm də daşıdığı sərnişinlərin həyatını təhlükəyə atmış olurlar.

Elə Türkiyənin “Metro Turizm” şirkətinin təxminən 20 yaşında olan sürücüsü kimi… Sizə təqdim etdiyimiz video ötən gecə Yenicag.az-ın əməkdaşı tərəfindən Bakı-Qazax magistral yolunda əks istiqamətdə hərəkət edərkən lentə alınıb.

İstanbul-Bakı marşrutu üzrə hərəkət edən “Trivago”nun sürücüsü dəfələrlə sürət həddini aşıb. O, avtobusu saatda 60-70 km. olan hissədə 140-160-la idarə edib.

Görünür, bu cavan oğlan sərnişin daşıdığını yaddan çıxardıb. Əks halda o, xüsusən də gecə vaxtı avtobusu bu sürətlə idarə etməzdi. Hər halda daşıdığı 50 sərnişinin həyatını yüksək sürətlə təhlükəyə atmaq məsuliyyətsizlik nümunəsidir. İnanmaq istərdik ki, aidiyyatı qurumlar, eləcə də şirkət rəhbərliyi ekstrim həvəskarı barədə lazımi tədbirlər görəcəklər.

Qeyd edək ki, yolboyu özünü Ralli pilotu kimi aparan sürücünü yanacaqdoldurma məntəqəsində görmək əməkdaşımıza da nəsib olub. Avtobusun salonuna nəzər salarkən sükan arxasında az qala yeniyetmənin oturduğu üzə çıxıb. Sərnişinlərə isə cavan xanım xidmət edib.

Adətən, turizm şirkətləri uzaq səfərlər üçün daha təcrübəli sürücülərin xidmətinə ehtiyac duyurlar. Ancaq “Metro Turizm”in təxminən 20 yaşında olan bir sürücüyə 50 nəfərin həyatını həvalə etməsi şirkətin laqeyd münasibətindən xəbər verir.

Onu da qeyd edək ki, “Metro Turizm” şirkəti ilə səfərə çıxan sərnişinlərin əksəriyyəti xidmətdən narazılıq edirlər. Şirkətin sosial şəbəkədəki səhifəsinin qiymətləndirmə bölməsində sərnişinlər yazırlar ki, bir problem və yaxud da narazılıq yaranan kimi, məsul şəxslər insanların üstünə qışqırırlar. Səfərə sağ gedib, salamat qayıtmaq istəyənlərin də “Metro Turizm”ə müraciət etməmələri tövsiyyə olunur.

www.yenicag.az

4270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv