HighTechnic

hightechnic
Ads by Google

7b40b6Hadisə Çində baş verib

Çində polislə taksi sürücüsü arasında dəhşətli anlar yaşanıb. Yol hərəkət qaydalarını pozan gənc, yol polisinin “saxla” əmrinə məhəl qoymayıb. O, aradan çıxmağa çalışıb. Dərhal hərəkətə keçən təhlükəsizlik əməkdaşları avtomobili təqib etməyə başlayıb. Çinli gənc nəinki maşını saxlayıb, əksinə sürəti daha da artırıb.

Nəticədə bir neçə dəfə qəza törədən şəxs, digər avtomobilləri və bir motosikleti əzib. Polislər maşının şüşələrini sındıraraq sürücünü zərərsizləşdirmək istəsə də buna nail ola bilməyiblər. Əsəblərinə hakim ola bilməyən gənc, maşını onların üzərinə sürüb. Nəticədə 4 polis yaralanıb.
Bir neçə saat davam edən təqibdən sonra nəhayət taksi sürücüsünü yaxalamaq mümkün olub. Polis nəzarətinə götürülən şəxsin neçə il çəza alacağına məhkəmə qərar verəcək.(atv)

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."