!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avtovağzal çökə bilər”

!Reklam – Yazi

887049_466934“Təhlükəli vəziyyət yoxdur” deyənlər çox yanılırlar”

“Avtovağzal Kompleksinin çökmə baş verən hissəsində çatlar var və genişlənməkdə davam edir. Aktivləşmə prosesi daha da artıb”.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

O qeyd edib ki, ərazi aktiv fazadadır: “Yağışlar yağdığı müddətdə çatlar genişlənəcək. Tədbirlər görülməyəcəyi təqdirdə uçma-dağılma prosesi gedə bilər. Mən qurum adından danışmıram, geoloq olaraq öz fikirlərimi deyirəm ki, bərkitmə işlərindənsə, ərazini söküb yenidən tikmək daha uğurlu olardı.

Yəqin hansısa fəlakət baş verəndən, hər şey uçub-dağılandan sonra yenidən tikəcəklər”.

Geoloqun sözlərinə görə, kim “təhlükəli vəziyyət yoxdur” deyirsə çox yanılır. Ərazidə sürüşmə yoxdur, çatlar sırf texnogen proseslər nəticəsində meydana gəlib. Çatlar əsas yolda da genişlənib. Yağıntılar səbəbindən çökmə davam edir. Qəfildən avtomobilin təkəri çökmə ərazisinə düşə də bilər. Ona görə fəlakət baş verməmişdən hərəkətə keçmək lazımdır. Çünki, ərazidə texnogen proseslər davam edir.

Üzərinə qır tökülən çatlar belə aralanıb. Bizim mütəxəssislər hər gün Bakı və Abşeron yarımadasında ekzogen proseslərin öyrənilməsi ilə məşğul olduqları üçün əraziyə baxış keçirirlər. Özüm də bir gün əvvəl ərazidə olmuşam. Vəziyyət yaxşı deyil”(modern).

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv