!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtovağzal gücləndilimiş iş rejiminə keçdi

!Reklam – Yazi

88_bigBakı Beynəlxalq Avtovağzalı 25 dekabr – 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcəkdir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı açıqlamasında deyib ki, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb:

“Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür”.

O, bildirib ki, əlavə sual və təkliflər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Qaynar Xətti 012-480-42-86, Bakı Beynəlxalq Avtovağzalının qaynar Xətti 012-499-70-38 fəaliyyət göstərir.

 

Yenicag.az

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv