!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axıskalı türklərin vətənlərindən sürgünü Bakıda anılacaq – Anons

!Reklam – Yazi

Ahıska-Türklerinin-Sürgün-EdilmesiSabah saat 12:00-da Bakıda Azərbaycanın müxtəlif bölgələrindən gələn Axısxalı Türklərin iştirakı ilə tarixi vətəndən sürgünün 72-ci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcəkdir.

Gəncliyə Yardım Fondunda keçiriləcək mərasimdə 14 noyabr 1944-cü ildə Axısxa Türklərinin tarixi vətənləri olan Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindən Orta Asiya çöllərinə sürgün edilməsinin 72-ci ildönümü qeyd olunacaq.

Tədbirdə Azərbaycan Respublikası Dövlət və Hökumət nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin, TİKA Bakı Koordinasiya Ofisinin, Yunus Əmrə İnstitutunun, Eğitim, Basın və Dini Müşavirliyin, TRT və Anadolu Agentliyi Bakı təmsilciliklərinin nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, anım mərasimi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Axısxa Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Gənclərə Yardım Fondu ilə birgə təşkil edilir.
Mevlüt İşık
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin mətbuat katibi.

 

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv