Axtarışlara neftçilərin ailələri də cəlb edildi

Müəllif: Redaktor

Editor

guneshli61“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ailə üzvləri axtarışlarda iştirak edəcək.

SOCAR-dan verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi və SOCAR dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib. Dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 8 neftçinin cəsədi ailəsinə təhvil verilib. “Neft daşları”ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla 22 nəfərin axtarışı davam etdirilir(Aznews)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir