!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ayaqqabısından narkotik çıxdı - Gömrükdə  

!Reklam – Yazi

Astara Gömrük İdarəsində vətəndaşın ayaqqabısından psixotrop maddə aşkar edilib.

Yenicag.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, İrandan Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində, ayaqqabısında 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə – metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv