Ayaqyolunda həyatının dəhşətini yaşadı – VİDEO – FOTO +21

Müəllif: Redaktor

Editor

437740Atthaporn Boonmakchuayın dediyinə örə, həyatının ən qorxulu anlarını yaşayıb.

“Bu, əsl dəhşətdi. Sanki qorxulu röya görürdüm. Amma hər şey gerçəkdi”, – Atthaporn deyib.

Atthaporn ayaqyolunda olarkən unitazdan qıvrılaraq çıxan piton onu dişləyib. Qorxusundan dəli kimi qışqıran 38 yaşlı Atthaporn ilandan qurtulmaq istəsə də, mümkün olmayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Tailandın paytaxtı Banqkokda, şəhərin şərqindəki Çaçenqsau səmtində baş verib.

Atthapornun dediyinə görə, ayaqyolunda unitazda oturanda qəflətən aşağıdan fışıltı səsi gəlib: “Baldırımdan nəyinsə yapışıb dişlədiyini anladım. Ayağa duranda gördüm ki, unitazın içində piton var. O, başını çıxarıb baldırımdan yapışmışdı və çölə çıxmağa çalışırdı”.

Atthapornun arvadı polis və təcili yardım çağırıblar. Lakin ona qədər Atthaporn ilandan qurtula bilib və pitonun başını kəndirlə qapıya bağlayıb.

Hadisə yerinə gəlmiş polislər unitazı və kanalizasiya borularını sındıraraq 3,6 metr uzunluğundakı pitonu çıxarıblar.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır