!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ayaz “radar”a görə ödədiyi cəriməni açıqladı: “Bunu avtoxuliqanlıq məqsədilə etmədim”

!Reklam – Yazi

Müğənni Ayaz Qasımovun adı “avtoş” kimi hallanmasa da, sürücü kimi müəyyən vaxtlarda “radar”a düşüb.

Yenicag.az-a açıqlama verən müğənni indiyə qədər ödədiyi ən böyük cərimənin məbləğini də açıqlayıb:

“Nizam-intizamlı sürücüyəm. Bununla belə, istər-istəməz sürəti aşdığım məqamlar da olub. Bunu avtoxuliqanlıq məqsədilə etməmişəm. Radara da düşmüşəm. İndiyə qədər radara görə ödədiyim ən yüksək cərimənin məbləği 120 manat olub”.

Müğənni illərdir ki, eyni avtomobili idarə etdiyini bildirib:

“Əvvəllər avtomobillərimi dəyişməyi xoşlayırdım. Amma 7 ildir ki, bir avtomobili sürürəm. Tez-tez avtomobil dəyişmək həm də artıq xərcdir”.

Müğənni avtomobilinin markasını söyləsə də, qiymətini açıqlamadı:

“Avtomobilimin markası “Range Rover”dir. Qimətini açıqlamaq istəmirəm, belə şeylər insanlar tərəfindən yaxşı qarşılanmır”.

Cəvahir

www.yenicag.az

2214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv