www.sinerjipro.net

SinerjiProWide
Reklam

aydin__4687542146759285864_nXəbər verdiyimiz kimi 7News.az informasiya portalı KİV nümayəndələri arasında “Seçki2015” rubrikası çərçivəsində sorğulara start verib. Növbəti sorğumuzu təqdim edirik:

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsində deputat olan Abbasov Aydın Abbas oğlunun fəaliyyətindən razısınızmı?

PİA.az saytının rəhbəri Azər Qaramanlı – Mən Aydın Abbasovun ictimai-siyasi fəaliyyətini son 5 ildə hiss etməmişəm. Deputat kimi seçicilərinin qayğısına nə qədər qalıb, onu da deyə bilmərəm. Bunu seçiciləri daha yaxşı bilər.

Yenicag.az saytının rəhbəri Aqil Ələsgər – Fikrimcə Aydın Abbasov deputatlığı, filan boş verib, gedib gəncliyini yaşasın. Çünki Milli Məclisdə olduğu üçün həm burada bəlkə vətənə-millətə xeyiri dəyəcək bir insanın yerini “işğal edib”, həm də cavan ömrünü bu kompleksli işdə çürüdür. Yəni bu mandatın nə ona xeyri var, nə də millətə. Әn çox ona ziyanı var ki, dostları kimi “avtoşluq”-filan edə bilmir ki, sonra “deputat filan yerdə yaxalandı” xəbəri çıxmasın. Bu buxovdan xilas olsun, nə qədər gec deyil.

“Reytinq” qəzetinin əməkdaşı Zaur Əhməd – Aydın Abbasovu deputat kimi tanıyıram. Hər halda şəxsi fəaliyyəti ilə diqqət çəkməsə də, Abbas Abbasovun oğlu olması faktoru onun gündəmdə olmasına rəvac verir. Azərbaycan deputatlarının böyük əksəriyyəti millət vəkilliyi funksiyasını yerinə yetirmirlər. Aydın Abbasovun da bu funksiyanı yerinə yetirdiyini düşünmürəm. Onun deputat olduğu dairədə yaşamasam da, aldığım məlumata görə ciddi bir fəaliyyəti yoxdur.

Bizimxeber.az saytının rəhbəri Ədil Hüseynli – Mən bu deputatın adını eşitməmişəm

TİA.az saytının rəhbəri Əlişir Əhəd – Mən onu Abbas Abbasovu oğlu kimi tanıyıram

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."