“Aygün Attarın rektor təyin edilməməsi erməni diasporunun qələbəsidir” – Azərbaycan övladına sahib çıxır

Müəllif: Baş Redaktor

Baş Redaktor

maxresdefaultGiresun Dövlət Universitetinin Azərbaycan əsilli rektoru Aygün Attarın Türkiyədə rekord səs yığdığı halda təyin olunmaması Azərbaycanda böyük təəssüf hissi ilə qarşılandı. Azərbaycan dövlətinin və xalqın aydın kəsimin çox sevdiyi Aygün Attarın illərdən bəri Azərbaycan-Türkiyə münasibətlərinə verdiyi töhfələr, erməni yalanı ilə yanaşı PKK ilə elmi mübarizəsi, Səlahəddin Dəmirtaşı məhkəməyə verməsi və digər mili addımları ilə yanaşı Giresun Dövlət Universitetinin inkişafında göstərdiyi böyük xidmətlər də nəzərə alındığında təyinatına şübhə yox idi. Azərbaycanda olan bir sıra türk dövlət adamlarının da azərbaycanlı həmkarlarına verdikləri vəd də deməyə əsas verirdi ki, Aygün Attarın yenidən təyinatında heç bir əngəl yoxdur. Fəqət A.Attar özündən iki dəfə az səs toplamış bir şəxsə yenildi. Erməni soyqırımı yalanına qarşı mübarizə aparan Aygün Attarın “vurulması”nda erməni diasporunun rolu ola bilərmi? Yenicag.az Azərbaycanın tanınmış simalarına Aygün Attarın üzləşdiyi bu durumu soruşdu.  

azər-həsrətAzər Həsrət, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü :

  • Təəssüf ki, Türkiyə bizə doğma olduğu qədər də bəzən yaddır. Çünki orada ümumi ictimai rəy bizim xeyrimizə olsa da, bəzən elə hallara rast gəlirik ki, özümüz də təəccüb edirik.

Aygün xanımın belə sıxışdırılması da o hallardan biridir. Burada yalnız ermənilərin, onların himayədarlarının rolundan deyil, həm də Türkiyədə “hepimiz ermeniyiz” zehniyyəti ilə yaşayanların da rolu ayrıca qeyd edilməlidir.

tenzile-300x224 (1)Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri:

  • Aygün Attar haqqı olanı istəyib. O hamıdan çox səs topladı. Giresunda AK Partidən olan  millət vəkilləri əvvəldən də bəyan etmişdilər ki, niyə azəri  kökənli orada rektor olmalıdır? Bundan çox təəssüfləndim. Türkiyədə ermənilər böyük vəzifələrdə və millət vəkilləri ola bilər, amma bir tək azərbaycan türkü rektor ola bilməz? Baş verən olayı bu cür dəyərləndirirəm. Düşünürdük ki, Aygün xanımın yenidən seçilməsinə heç bir kəs əngəl olmayacaq. Hələ neçə il öncədən demişəm, Türkiyədə erməni diasporası azərbaycan diasporasından çox-çox güclüdür. Özəlliklə də mətbuatda. Belə qərəzin nədən olduğunu bilmirəm. Amma düşünürəm ki, prezident Ərdoğana  düzgün məlumat verilməyib. Aygün Attar erməni yalanları, Qarabağ və Xocalı soyqırımı  məsələsində  həyatını təhlükəyə qoyaraq Türkiyə və Avropada ciddi mübarizə apararaq erməni yalanlarının ifşa olunmasında mühüm xidmətləri olub. Düşünürəm ki, Türkiyə prezidenti onun bu xidmətlərini dəyərləndirəcək.

big_1421403207_sebuhiSəbuhi Abbasoğlu, Azərbaycan Slavyan Gəncləri Assosasiyasının sədri:

  • Giresun Dövlət Universitetinin Azərbaycan əsilli rektoru Aygün Attarı sıradan bir azərbaycalı deyildi. O, həm də trk dünyasında millətçiliyi yaşadan bir türk qadını idi. Üzunmüddətli fəaliyyətinə nəzər salsaq görərik ki, Aygün Attar Türkiyə dövlətinə, türk dünyasına sadiq birisi idi. O eyni zamanda öz işinin peşəkarı idi. Belə olan təqdirdə niyə seçilmədi? Burada təbii ki, bir neçə məqam var. İlk növbədə erməni maarqlarına xidmət edən qüvvələr Aygün Attarın seçilməməs üçün nə lazımdısa etdilər. Bundan başqa erməni olmayan, lakin azəri türklərinin Türkiyədə güclənməsini istəməyən qüvvələr də var. Bunu artıq hər kəs bilir. Bu işdə onların da rolu az olmadı. Ümumilikdə hesab edirəm ki, Aygün Attarın seçimdə məğlubiyyəti türk dünyasına böyük zərbə vuracaq.

elmeddin kosheElməddin Behbud, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri , Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri:

  • İstənilən xarici ölkədə bir soydaşımızın, azərbaycanlının dövlət, özəl və ictimai sektorda yüksək vəzifəyə sahib olması bizləri yalnız sevindirə bilər. Çünki Azərbaycanın milli maraqlarının dünyada qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliği yalnız dövlət qurumlarımızın deyil, hər bir vətəndaşımızın milli borcudur. Bu işdə ən önəmli rol diasporamızın üzərinə düşür. Bu mənada strateji müttəfiqimiz, qardaş dövlətimiz olan Türkiyədə də  azərbaycanlıların dövlət vəzifələrinin orta və  yüksək  pillələrində yer tutması qürurvericidir.   Ötən illər ərzində Giresun Dövlət Universitetinin Azərbaycan əsilli rektoru Aygün Attarın Türkiyədə başarılı bir təhsil meneceri, elm xadimi kimi qəbul olunması, ölkənin ictimai, elmi həyatında fəal iştirakı düşünürəm ki, hər birimizin diqqətində olub. Onun  xüsusi ilə Qarabağ həqiqətlərini elmi konfranslarda, mühüm dövlət və ictimai toplantılarda peşəkarlıqla dilə gətirməsi, milli maraqlarımızı uğurla təbliğ və müdafiə etməsi Aygün xanıma olan rəğbətimizi artırmaqla yanaşı, onun karyerasında daha da irəliyə gedəcəyinə  ianmımzı artırmışdı. Çünki Ermənistanın və erməni diasporasının 100 ilə yaxındır istehsal etdiyi yalanlara qarşı mübarizə aparmaq, onları ifşa etmək  Trükiyənin rəsmi dövlət siyasətidir. Ancaq bu yaxınlarda Aygün Attarın növbəti rektor seçkilərində rəqiblərindən xeyli çox səs toplamasına baxmayaraq rektor təyin olunmaması hamımızda üzüntü və haqlı narahatlıq yaratdı. Hər nə qədər ermənilər Türkiyədə özlərini tarixən əzilmiş, hüquqları pozulmuş etnik qrup kimi göstərməyə çalışsalarda bu gün də “kripto ermənilər” deyilən xeyli sayda Türkiyə vətəndaşının dövlət, media, QHT və özəl sektorda önəmli imkanlara, yetkilərə sahib olduğunu bilirik. Bu cəhətdən haqqında danışdığımız məsələ ilə bağlı birmənalı qərara vermək üçün yetərincə əsas olmasa da erməni diasporasının və havadarlarının da imkanlarını gözardı edə bilmərik…

İsmayıl Ağayev, Beynəlxalq Diaspor Mərkəzinin sədri:ismayil-agayev

  • Giresun Dövlət Universitetində baş verən hadisələr bir müddətdir ki, mətbuatın gündəmindədir. Türkiyədə Azərbaycanı sevirik deməklə reallıqda iş görmək arasında çox fərq var. Türkiyə bəlkə də Fransa və ABŞ-dan sonra erməni lobbisinin ən güclü olduğu ölkələrdəndir. PKK havadarları da ermənilərlə əlbir olaraq Türkiyə üzərinə basqı yapırlar. Təəssif ki, Türkiyədəki bəzi insanlar və qurumlar da erməninin diaspora fəaliyyətinə şərait yaradır.

Aygün Attarın ən çox səs toplamasına baxmayaraq universitetə yenidən rektor seçilməməsində böyük ehtimalla erməni diasporası və Azərbaycanı sevməyən digər qüvvələrin əli vardır. Azərbaycan Xarici İşlər Nazirliyi, baş konsulluq və Diaspora ilə İş Komitəsi bu məsələdə işini kifayət qədər düzgün qurmağı bacarmadı və həmin xanımı sona qədər müdafiə edə bilmədik. Bu hadisə ilə tək Aygün xanım uduzmadı, Azərbaycan uduzdu. Düşünürəm ki, belə olay qardaş ölkədə azərbaycanlı rektoru sona qədər müdafiə edə bilmədiyimiz üçün bizə siqnal olmalıdır. Bizim üçün utanverici məsələdir.

Arye Gut, “İsrail-Azərbaycan” (Azİz) Beynəlxalq Assosiasiyası İdarə Heyətinin üzvü:14618314213149542999_1000x669

  • Aygün xanım Azərbaycanın çox önəmli xanımlarından biridir ki, öz gücü ilə Türkiyənin dövlət universitetlərində rektor vəzifəsinə qədər yüksələ bilib. Biz bu məsələdə onun dəstəkləməliyik

Bu məsələdə erməni lobbisinin çox böyük rolu var və bunun üçün Türkiyədə olan bütün Azərbaycan yönümlü təşkilatlar Aygün Attara dəstək olmalıdırlar. O, Türkiyədə Azərbaycanın mübariz simvoludur.

 

samir-300x225Samir Adıgözəlli, DAK İcra Aparatının sədri,

  • Aygün xanıma qarşı olan bu ədalətsizlik təkcə ermənilərdən deyil, PKK və fətullahçılardan da gələ bilər: “Ən çox səs toplamasına baxmayaraq Aygün Attarın universitetə rektor təyin olunmaması bizi təəssüfləndirdi. Aygün xanım dəyərli ziyalılarımızdandır. Türkiyədə müəyyən qüvvələr onun rektor seçilməsinə əngəl olmağı bacarıblarsa bu təəssüf doğuran bir məsələdir.

Bu təkcə Aygün xanım Azərbaycan türkü olduğuna görə deyil, ümumiyyətlə Türkiyənin təhsil sisteminə qarşı bir sayğısızlıqdır. Zaman-zaman Türkiyədə müəyyən qüvvələr Bakı ilə Ankara arasında münasibətlərə xələl gətirməyə çalışıblar. Türkiyədə erməni və PKK təmayüllü qüvvələrin nələr etdiyini başa düşürük. Amma bundan başqa  müəyyən qüvvələr var ki, onlar da Türkiyənin özünə, dövlət quruluşuna qarşı təxribatlarla məşğuldurlar. Aygün xanıma qarşı olan bu sayğısızlıq təkcə onun şəxsinə qarşı olan bir məsələ deyil, ümumilikdə həmin qüvvələr Azərbaycana qarşı başqa yerlərdə də fəaliyyət göstərməkdədirlər. Müəyən qüvvələr də məsələyə öz adamlarını yerləşdirmək kimi şəxsi prizmadan yanaşıblar. Amma ən əsası odur ki, belə olayların arxasında Türkiyə Azərbaycan arasındakı münasibətlərdən narahat olan qüvvələr dayanır. Aygün xanım bu yaxınlarda kürd deputat Dəmirtaşa qarşı kəskin çıxış etdi. Bu fonda Aygün xanıma qarşı olan bu təxribat kürdlərlə erməni diasporasının birgə fəaliyyətinin də nəticəsi ola bilər. Türkiyədə də Azərbaycanı istəməyən, ümumiyyətlə erməni lobbisinin fəaliyyəti hər addımda vardır. Amma bu olay təkcə erməni lobbisinin fəaliyyəti deyil. Ola bilər burada fətullahçı çevrənin də əli olsun. Amma bir şeyi də unutmayaq, Türkiyədə Azərbaycana qarşı hər hansı bir fəaliyyət varsa, orada yüz faiz erməni barmağı da var.

00и-1_1422296700Anar Turan, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi:

  • Professor Aygün Attarın universitet kontingentinin ən yüksək səsini topladığı halda təsdiqlənməməsi həm bizi təəcübləndirdi, həm də təəssüfləndirdi. Aygün Attarın Giresunda böyük hörmətə malik olmasını görürük. Bu bizi sevindirir. Giresunlular, universitetin tərkibi Aygün Attarın rektor seçilməməsini sosial şəbəklərdə ciddi tənqid edirlər. Əlbəttə, burada erməni faktorunun da rolu az deyil. Professor Attar erməni soyqırımına qarşı bir neçə sanballı monoqrafiyası ilə elmi dairələrdə sözünü demiş xanımdır. Milli dünyagörüşə sahib birisidir. Türkiyəni və Azərbaycanı hədsiz dərəcədə sevən adamdır. Milli dövlətçiliyi bu cür sevən adamları adətən müəyyən qara qüvvələr hədəfə alırlar. Bu baxımdan burada təxribatın da olması istisna deyildir. Bu xanım həm də bir azərbaycanlıdır. Azərbaycan türkü kimi Türkiyədə yeganə rektor kimi onun seçilməməsi açığı düşündürücüdür. Çünki, Azərbaycan və Türkiyə ət və dırnaq kimidir. Baxmayaraq ki, Türkiyə bizim ən yaxın təbii və strateji müttəfiqimizdir, qardaş dövlətdir, amma düşünürəm ki, ən ciddi diasporumuzun olmalı olduğu ölkələrdən biri də məhz oradır. Biz hər iki ölkədə qardaşlığı dəyərləndirə bilən, birliyimizi sevən insanların irəli çəkilməsində maraqlı olmalıyıq. Buna bütün vasitələrlə nail olmalıyıq. Əgər terrorçu və bölücü PKK-nı dəstəkləyən insanlar Böyük Millət Məclisinə kütləvi şəkildə üzv olursa, onların bir neçəsi nazir, bələdiyyə başqanı seçilirsə, bir erməni baş nazirin müşaviri vəzifəsinə gətirilirsə, bir Azərbaycan türkünün də nəinki rektor olması və hətta deyərdim ən yüksək dairələrdə təmsil olunması onun təbii haqqıdır. Ən azından ona görə ki, Türkiyə onun da vətənidir.

Məhəmmədəli Qəribli, “Azinforum” saytının baş redaktoru:mehammadeli

  • Barəsində söhbət gedən Azərbaycan əsilli professorun rektor təyin edilməməsi hər iki ölkənin ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bilirsiniz ki, Universitetdə keçirilən ilkin seçkilərdə həmyerlimiz böyük səs çoxluğu ilə rəqiblərini üstələmişdi. Ancaq Türkiyənin qanunlarına görə, bu yetərli deyildi, son sözü Prezident deməliydi. Nədənsə, T. Ərdoğan Giresun Universitetinin rektoru vəzifəsinə Ali Təhsil Şurasının təqdim etdiyi namizədlərdən professor Cövdət Coşkunu təyin etdi. Mən bu məsələdə erməni diasporunun rolunun olmasını qəti şəkildə inkar edirəm. Bu versiyanı inandırıcı saysaq, onda  belə qənaətə gələ bilərik ki,  erməni diasporunun  Ərdoğana ciddi təsir imkanları var. Bu da inandırıcı deyil. Hesab edirəm ki, son zamanlar Türkiyə tərəfdən  iki ölkənin münasibətlərinə sərinlik gətirə biləcək bəzi addımların atıldığını hiss edirik. Düzdür,  bunların heç də hamısı dövlət səviyyəsində edilmir. Amma iki qardaş ölkə arasındakı münasibətlərin məhz indiki normal məcrada davam etməsi üçün  hamımız  həsas olmalıyıq. Bundan kiminsə suiistifadə etməsinə şərait yaratmamalıyıq. Məsələn,  bir müddət əvvəl AŞPA-da keçirilən prinsipial səsvermə zamanı Türkiyə nümayəndə heyətinin  nümayiş etdirdiyi mövqe sırf ermənilərin xeyrinə oldu və nəticədə biz Ermənistana uduzduq.  Həmin deputatların heç də hamısı HDP-ni təmsil etmirdi ki, bütün gunahı Dəmirtaşın üzərinə yıxaq.  Bütün bunlara baxmayaraq, Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinə heç bir xələl gələ bilməz. Hesab edirəm ki, bizim dostluğumuz sarsılmaz və əbədidir. Ərdoğanın Aygün Attarla bağlı qəbul etdiyi qərarı anti-demokratik sayıram.

Nurəddin Xoca, Qarabağ  qazisi:maxresdefault (1)

  • Aygün xanımı Türk təhsil aləminin ülduzlarından biri sayırıq. Onun mütləq əksəriyyət səsləri yığmasına rəğmən təyin olunmamasını çox pis qarşıladıq və bunu Türkiyədə olan gizli ermənbi lobbisinə bir reverans kimi qəbul etdik.

Nə qədər axtarsanızda ayrı bir məqsəd çətin ki, tapasınız.

Elmi və təhsil işindən bağqa həyatını erməni qəsbkarlığına və erməni yalanlatının ifşasına həsr edən bir xanımın vurulmasımda erməni izindən başqa bir iz axtarmaq sadəcə axmaqlıq olardı.

Ruslan Bəşirli, Avropa.info Xəbər portalının baş redaktoru:17399

  • Təbii ki, Aygün Attar rektor təyin olunsaydı daha gözəl olardı. Məncə buna onun təbii haqqı da vardı. Çünki seçkilərdə ən çox səsi də məhz o toplamışdı. Təəssüf ki, bu baş vermədi. Lakin hətta bu baş verməyibsə belə bunun üzərindən Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyənlərin dərhal cavabını ən sərt formada verməliyik. Mənim bununla bağlı müəyyən müşahidələrim var. Aygün Attar rektor təyin edilmədikdən dərhal sonra əli və başı özündə olmayan bəzi şəxslər bunun üzərindən türkiyə-Azərbaycan, Əliyev-Ərdoğan münasibətlərinə zərbə vurmaq üçün müəyyən açıqlamalar verirdilər. Amma unudurdular ki, məsələn elə Aygün Attarın təyin olunmadığı gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada rəsmi səfərdə ikən dünyanın tanınmış media orqanlarının iştirak etdiyi mətbuat konfransında Qarabağla bağlı həqiqətləri dünyaya çatdırdı. Ona görə də hesab edirəm ki, belə məsələlərdən istifadə edib Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurulmasına imkan verməməliyik. Eyni zamanda Türkiyə tərəfi də həmişə olduğu kimi gərək Aygün Attar məsələsində də daha çox Azərbaycanın və azərbaycanlının mövqeyini üstün götürəydi. Məsələnin ikinci tərəfinə gəldikdə isə bu haqda haqda hər hansı bir məlumatım yoxdur. Ona görə də sualın bu hissəsinə cavab verməyə çətinlik çəkirəm. Amma bu utancverici olardı ki, Türkiyə kimi qardaş ölkədə erməni diasporası bir azərbaycanlının qarşısına maneə qoysun.

Hacıbəy Heydərli, Azxeber.com saytının baş redaktoru:12038030_10204699765925580_8389473046729722686_n

  • Düşünürəm ki, bu addım təkcə Aygün Attara deyil, bütövlükdə Azərbaycan ziyalısına, Azərbaycan elm adamına edilmiş sayqısızlıqdır. Demokratik bir cəmiyyətdə tələbələrin mütləq əksəriyyətinin dəstəyini almış və fəaliyyəti ilə yalnız xoş sözlərə layiq olan bir xanıma bu cür münasibət heç cür anlaşılan deyil. Bu faktdır ki, bu məsələdə gözəgörünməz hansısa qüvvə, hansısa əl məsəlyə qarşıb və təkcə Aygün xanıma qarşı deyil, həm də tələbələrin iradəsinə qarşı çıxıb. Çox təssüf ki, bu məsələdə də bədnam qonşularımızın barmağı hiss olunur, qardaş ölkədə erməni yalanlarına qarşı mübarizə aparan və onları ifşa edən bir xanıma qarşı bu hücumlar gözlənilən idi, çünki bu erməni xislətidir. Ümid edirəm ki, tezliklə bu məsələ həll olunacaq və Aygün xanım layiq olduğu yerdə olacaq.

ELÇİN

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır