!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aygün Bayramova MƏŞHUR BİZNESMENƏ ərə gedir - "SEVİRDİM" - ÖZƏL

!Reklam – Yazi

Lent.az -ın verdiyi xəbərə görə xalq artisti Aygün Bayramova nəhayət ki, subaylığın daşını atıb.

Operamızın gözəl Leylisi özünə toy çaldırıb, ər evinə gəlin köçəcək.

Şəxsi həyatı barədə danışmağı sevməyən A.Bayramovanı çətinliklə də olsa yola gətirə bildik.

Yeniçağ.az-a danışan illərin sənətçisi xoşbəxt olduğunu etiraf etdi.

– Təbrik edirik, axır ki, bizi toy xəbərinlə sevindirdin.

– Təşəkkür edirəm. Bilirəm ki, məni sevənlər də bu xəbərə sevinir.

– Nişanlın kimdir, nəçidir?

– İş adamıdır. Amma musiqi ilə də bağlılığı var. Gözəl ud ifa etməyi bacarır.

– Yeni tanış olmuşdunuz?

– Yox, biz bir-birimizi çoxdan tanıyırdıq, demək ki, qismət deyilən bir şey varmış.

– Ortada dəli sevgi yaşandı?

– Belə suallara cavab vermək istəmirəm.

– Maraqlıdır axı?

– Əlbəttə, mən yaradıcı insanam, sevməsəm ailə qurmaram. Sevdim.

– Kaprizli xanımsan, bütün elçilərə “yox” deyən Aygün nə əcəb bu namizədə “hə” dedi?

– Buzları əritməyi bacardı, ona görə.

– Onu hansı xüsusiyyətinə görə seçdin?

– Özümə layiq insandır. Ən əsası yaxşı adamdır.

– Yəqin sənin toyunda qəlbini ovsunlayan o qəhrəmanı görmək bizə də nəsib olacaq.

– Yox, toya media buraxılmayacaq, qapalı olacaq. Çünki mən şəxsi həyatımı gündəmə gətirən sənətçi deyiləm. Bu, mənim toyumdursa, özümə aiddir, bir də yaxınlarıma.

– Bəs sənət dostların?

– Onlar dəvətlidir.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

4132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv