Aygün Kazımova-Hafiz Hacıyev davasına Əli Mirəliyev də qoşuldu

Müəllif: Baş Redaktor

Baş Redaktor

hafiz aygunƏli Mirəliyev: “Aygün Kazımova ilə partiya sədri olan Hafiz Haçıyev kimiləri hədlərini aşıblar”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu dəfə müğənnilərə ilişib. Belə ki, H. Hacıyev xalq artisti, müğənni Aygün Kazımovaya sataşaraq, onun barəsində təhqiredici ifadələr işlədib: “Aygünü kim “saxlayır”, kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram”.

  1. Kazımova isə BİG.AZ saytına açıqlamasında cavab olaraq partiya sədrini aşağılayıb.

Buna cavab olaraq H. Hacıyev isə aşağıdakıları söyləyib: “Bizim Aygünlə yaxşı günlərimiz olub. Özü bilir. İndi danışır da. Ona cavab vermək istəmirəm”.

Bu qalmaqala, cəmiyyətdə partiya sədri və xalq artisti kimi tanınan şəxslərin bir-birini küçə ifadələrilə təhqir etməsinə Yenicag.az-a açıqlamasında münasibət bildirən müğənni Əli Mirəliyev bildirdi ki, A. Kazımova və siyasətçi H. Haçıyev sadəcə gündəmdə qalmaq üçün belə biabırçı əməllərə yol verirlər: “Bu günkü gündə cəmiyyətimizdə yeri gəldi-gəlmədi demokratiyadan istifadə edib ağzına gələni yazırlar. Hər şeyin bir həddi var. Amma görünür, Aygün Kazımova ilə partiya sədri olan Hafiz Haçıyev kimiləri hədlərini aşıblar. İnsan gərək danışdığına fikir versin. Niyə bu milləti çaşdırırsınız? Bu rüsvayçılıqla nə demək istəyirlər? Belə insanlardan gənclər hansı yaxşı nümunə götürə bilərlər, heç nə. Ona görə də gənclərimiz pozulur, narkomaniyaya qoşulur, başqa-başqa pis işlərə meyl edirlər. Belədə görünən  odur ki, cəmiyyətdə mövcud olan probemləri biz tanınmış insanlar özümüz yaradırıq. Belə rüsvayçı, təhqiredici fikirlərə yol vermək olmaz, xüsusən də tanınmışlar tərəfindən, bu heç kimə başucalığı gətirməyəcək. Mən də müğınni olmuşam. Onlardan fərqim odur ki, insanın oxumağına görə hansısa bir irad bildirmişəm. Buna görə adımı qalmaqalçı qoyurlar. Bu hamısı ondan irəli gəlir ki, Əli Mirəliyevin düz dediyini bilirlər. Mən ancaq kiminsə oxumağına münasibət bildirmişəm, qalmaqal salıb onun ailəsinə, şəxsi işinə qarışmamışam ki?  Amma A. Kazımova və siyasətçi H. Haçıyev peşəkar olmadığına görə sadəcə gündəmdə qalmaq üçün belə biabırçılıqlara yol verirlər. Bu hallar onlara başucalığı gətirməyəcək, Hər ikisinə də ayıb olsun”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir