Aygün Kazımovaya qadağa

Müəllif: Redaktor

Editor

скачанные файлыAygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.

Bu haqda “Qafqazinfo”ya müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov məlumat verib.

O, bildirib ki, 01 oktyabr 2015 ci il tarixdə Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərardad çıxarıb. Qərardada əsasən Aygün Kazımova məhkəmə qətnaməsini qərəzli icra edib.

Həmin qətnaməyə görə, Aygün Kazımova Natavan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni icra etməkdən boyun qaçırır.

Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir. Odur ki, xalq artisti Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, ölkə hüdudlarını heç bir halda tərk edə bilməyəcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir