!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aylanın məhkəməsində qalmaqal – “Jurnalist zaldan çıxarılsın” (FOTO 18+)

!Reklam – Yazi

48294_ov3cypq0bnFemida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şahlar Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Şahlar Əliyev Azərbaycan Respublikası CM-nin 120.1, 120.2, 181.3-cü maddələri ilə ittiham olunur. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə hadisə üzrə şahid ifadə verib. O, qətlə yetirilən Dəmirova Ayla Altay qızının (keçmiş adı Dəmirov Hətəmpaşa Altay oğlu) kirayə yaşadığı mənzilin sahibidir. Ev sahibi Nağıyev Tofiq Əli oğlu ifadəsində evini kirayə verən şəxslərin transseksual olduğunu bilmədiyini dedi.

Şahid: “ Mənə şirkətdən zəng etdilər ki, kirayə qalmaq istəyən var. Telefonda mənə dedilər ki, evdə qalmaq istəyən Ayla adlı bir qızdır. Özü də salonda qadın saç ustası işləyir. Mən də müqavilə imzalanamaq üçün ora gəldim. Çatanda gördüm ki, sarı saç bir qızdır. Saçları da uzun idi. Müqavilə bağladıq və ayda mənə 500 manat pul ödəməli idilər. Ancaq onun trans olduğunu bilmirdim. Bir müddət keçəndən sonra Ayla mənə zəng etdi ki, sahə üzrə müvəkkil onun evdə qalmasına mane olur. Onda həmin şəxsə zəng etdim və soruşdum ki, tanıyırsan bu şəxs kimdir? Dedi ki, yox tanımıram. Amma deyirlər ki, transdı. Mən də gəldim Aylaya dedim ki, burada qalırsansa sakit otur. Heç kimlə işin olmasın. Təxminən mənim evimdə 3 ay qaldılar. Daha sonra bu hadisə baş verdi. Ondan sonra evi kirayə verməyə qorxuram.”

Məhkəmə prosesi həm də qalmaqalla yadda qaldı. Təqsirləndirilən şəxsin qohumları Femida.az-ın zalda əyləşən müxbirinə təyziqlər göstərərək onun zaldan çıxarılmasına çalışıblar. Onların narazı qaldığı məqam isə saytlarda təqsirləndirilən şəxs Şahlar Əliyevin öldürülən Aylanın sevgilisi kimi yazılmasıdır. Təqsirləndirilən şəxsin vəkili Gülşən Salmanova jurnalistləri məhkəmə ilə hədələdi. O hakimdən jurnalistin zaldan çıxarılmasını xahiş etdi. Hakim qanunvericiliyi əsas gətirərək açıq məhkəmə prosesi olduğu üçün jurnalistlərin də iştirak etmək hüququnu əsas gətirərək tələbi rədd etdi. Məhkəmə nəzarətçilərinin vaxtında müdaxiləsindən sonra məhkəmə prosesi davam etdi.

Məhkəmə prosesi başlamazadan əvvəl “Semaşko”nun həkimi Femida.az-a açıqlamasında Aylanın xəstəxanaya gətirilərkən qan içində olduğunu və liftdən yuxarı qaldırarkən öldüyünü bildirdi.

Xatırladaq ki, hadisə Səbail rayonu ərazisində, Səid Rüstəmov küçəsi 16 ünvanında baş verib. Siyəzən şəhər sakini, 27 yaşlı Dəmirova Ayla Altay qızı Əliyev Şahlar tərəfindən vurulan çoxsaylı bıçaq zərbələrindən sonra xəstəxanada vəfat edib. Əliyev Şahlar onu qətlə yetirməsinə səbəb kimi, görüş zamanı oğlan olduğunu bildikdən sonra etdiyini deyib.
Məhkəmə prosesi davam edir.

 

www.yenicag.az

1241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv