Azərbaycan banklarından “qara bazarı” canlandıracaq qərar

Müəllif: Redaktor

Editor

Bəzi banklar vətəndaşdan dolları alarkən elə prosedur tətbiq edirlər ki, bu dollarını gətirib bankda satmaq istəyən vətəndaşları qara bazara yönəldir.

Çünki, bankda dəyişmək istəsələr hesab açmalı, bunun üçün yarım saat gözləməli, bundan başqa hesab açılması üçün əlavə pul ödəməlidirlər. Ekspertlər bildirir ki, bəzi bankların bu cür addımı yolverilməzdir və bu qara bazarın canlanmasına təkan verməkdən başqa bir şey deyil.

Son günlər bir çox vətəndaşlar banklara gedib dolları manata çevirmək istəyərkən maraqlı bir mənzərə ilə qarşılaşırlar. Bankdan deyilir ki, siz bunun üçün şəxsiyyət vəsiqəsi təqdim edərək bankda hesab açdırmalısız. Belə olan təqdirdə vətəndaş müəyyən qədər vaxt itirdikdən sonra dolları manata çevirə bilir..Bankların dollar alışına qoyduğu qadağalar müəyyən mənada başadüşülən olsa da, vətəndaşın dolları banka satarkən hansısa məhdudiyyətlə qarşılaşması anlaşılan deyil.

Çünki bu halla qarşılaşan istənilən vətəndaş dollarını bankda deyil qara bazarda satmağa meylli olur. İqtisadçı alim Vüqar Bayramov bildirir ki, bankların bu cür addım atması hətta mərkəzi bankın qoyduğu qaydalara da ziddir.
Ekspert bildirir ki, bəzi bankların dolları vətəndaşlardan alarkən yaratdığı maneələr ancaq qara bazarın fəaliyyətinin artmasına və turistləri Azərbaycandan uzaqlaşdırmağa xidmət edir.

Vüqar Bayramov bəzi banklar dollar alışı zamanı tətbiq etdiyi qanunsuz tələblərin qarşısını almaq üçün aidiyyatı qurumlarının ciddi nəzarətinin vacibliyinə diqqət çəkir.

Ekspertin fikrincə vətəndaşlardan dollar alışının asanlaşdırması bankların da faydasınadır. Çünki, bankların dollar əldə etməsi onların xarici valyuta ilə olan öhdəliklərini yerinə yetirməsi üçün vacibdir. Bundan başqa banklar dollar satışını çətinləşdirəndə panika yaranır və dollara təlabat artır. Belə süni qeyri-sabit maliyyə şəraiti isə nə bankların, nə də vətəndaşların faydasınadır.(Bakuws)

Yenicag.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir